...

Prezident İlham Əliyev ABŞ-ın “General Electric” şirkətinin vitse-sədri ilə görüşüb (FOTO)

Siyasət Materials 31 Mart 2016 22:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının “General Electric” şirkətinin vitse-sədri Con Rays ilə görüşüb
Prezident İlham Əliyev ABŞ-ın “General Electric” şirkətinin vitse-sədri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının "General Electric" şirkətinin vitse-sədri Con Rays ilə görüşüb.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, Con Rays Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri zamanı keçirdiyi məhsuldar görüşlərin maraqla izlənildiyini dedi. O, "General Electric"-in fəaliyyəti, Azərbaycanda gördüyü işlər barədə məlumat verdi, təmsil etdiyi şirkətin ölkəmizdə bir sıra layihələrdə iştirakından məmnunluğunu bildirdi. Con Rays "General Electric" şirkətinin ölkəmizin neft-qaz kəmərləri sistemində iştirak etdiyini, həmçinin dənizdə neft hasilatı sahəsində əməkdaşlıq qurduqlarını vurğuladı. O, şirkətin dünyada neftin nəqli, qaz turbinlərinin və elektrik enerjisi istehsal edən avadanlıqların quraşdırılması, həmçinin aviasiya və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərdiyini, müasir texnologiyaların tətbiqinə sərmayələr qoyduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev "General Electric" şirkətinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyətinin məmnunluq doğurduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının daha da müasirləşdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti