Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Myanma İttifaqı Respublikasının Prezidenti Thin Cjoya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Myanma İttifaqı Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Myanma xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".