...

Azərbaycan səfiri erməni tələbələrin cavabını verdi (FOTO)

Siyasət Materials 6 Aprel 2016 15:32 (UTC +04:00)
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Praqadakı “Diplomatik forum” təşkilatı tərəfindən təşkil edilən tədbirdə “Qafqaz bölgəsində siyasi gərginlik” başlıqlı mövzu ilə çıxış edib
Azərbaycan səfiri erməni tələbələrin cavabını verdi (FOTO)

Bakı. Trend:

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Praqadakı "Diplomatik forum" təşkilatı tərəfindən təşkil edilən tədbirdə "Qafqaz bölgəsində siyasi gərginlik" başlıqlı mövzu ilə çıxış edib

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Praqadakı "Anglo-American" Universitetində "Diplomatik forum" təşkilatı tərəfindən təşkil edilən tədbirdə "Qafqaz bölgəsində siyasi gərginlik" başlıqlı mövzu ilə çıxış edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Çexiyadakı bəzi ölkələrin diplomatik nümayəndəliklərinin başçıları, KİV nümayəndələri, universitet və beyin mərkəzlərinin təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

F.Şəfiyev çıxışında ilk növbədə son günlər ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr, erməni qoşunlarının Azərbaycan mövqelərinə qarşı həyata keçirdiyi təxribat xarakterli həmlələr və təmas xətti boyunca dinc yaşayış məntəqələrinin intensiv atəşə məruz qalması və sakinlər arasında ölən və yaralananların olduğu barədə söhbət açıb. Səfir, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin müasir dövrü əhatə edən tarixi və münaqişəyə dair ölkəmizin mövqeyi barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirə qatılmış bəzi erməni tələbələr tərəfindən xüsusilə qoşunların təmas xəttində baş verən hadisələrlə bağlı və Azərbaycan hökuməti əleyhinə yönəlmiş bəzi təxribat xarakterli suallar ünvanlansa da, səfir F.Şəfiyev tərəfindən beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər (BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurası və s.) və beynəlxalq hüquqa əsaslanan tutarlı cavablar verilib.

Daha sonra Azərbaycan səfiri regionda baş verən hadisələr, həyata keçirilən iqtisadi və enerji layihələri, habelə Çexiya-Azərbaycan ikitərəfli münasibətləri haqqında məlumat təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti