...

AŞ PA Monitorinq Komitəsinin nümayəndə heyəti ilə MSK-da görüş keçirilib

Siyasət Materials 7 Aprel 2016 19:09 (UTC +04:00)
Aprelin 7-də Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçisi Ştefan Şennakın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
AŞ PA Monitorinq Komitəsinin nümayəndə heyəti ilə MSK-da görüş keçirilib

Bakı. Trend:

Aprelin 7-də Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçisi Ştefan Şennakın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətini salamlayan M.Pənahov görüşdən məmnunluğunu bildirərək, MSK-nın Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrindən söhbət açıb. O, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əlaqələrinə daim önəm verdiyini qeyd edib və seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

MSK-dakı səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Ş.Şennak ölkəmizdə seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərlə maraqlanıb. Sədr M.Pənahov qonaqların suallarını cavablandıraraq, onlara Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və vətəndaşlarımızın aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün mütəmadi şəkildə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib və qeyd edib ki, bu layihələrin bir çoxu məhz nüfuzlu beynəlxalq təşkilatlarla birgə gerçəkləşdirilir.

Görüşdə, həmçinin müxtəlif sahələrdə qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti