...

İlham Əliyev: "ASAN xidmət"in fəaliyyəti şəffaflıq, xidmət, mədəniyyət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir

Siyasət Materials 12 Aprel 2016 16:58 (UTC +04:00)
"ASAN xidmət"in fəaliyyəti şəffaflıq, xidmət, mədəniyyət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir.
İlham Əliyev: "ASAN xidmət"in fəaliyyəti şəffaflıq, xidmət, mədəniyyət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir

Bakı. Trend:

"ASAN xidmət"in fəaliyyəti şəffaflıq, xidmət, mədəniyyət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir. Bunu Prezident İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə bildirib.

Prezident İlham Əliyev Palatanın üzvü olan şirkətlərin ölkəmizdə uzun illərdir fəaliyyət göstərdiklərini və Azərbaycanın iqtisadi inkişafına böyük töhfələr verdiklərini vurğulayıb. Azərbaycandakı Amerika Ticarət Palatasının 20 il bundan əvvəl yaradıldığını deyən dövlətimizin başçısı bunun ölkəmizdə sürətli iqtisadi artımın başladığı dövrə təsadüf etdiyini bildirib.

Ölkə başçısı yekun nitqində kiçik və orta sahibkarlığa dəstəyin artırılacağını və bu məsələyə xüsusi diqqətin göstəriləcəyini qeyd edib. Prezident İlham Əliyev çıxışında maliyyə və bank sektoruna nəzarətin vacibliyini vurğulayaraq gömrük və vergi sistemindəki müsbət dəyişikliklərlə bağlı fikirlərə görə təşəkkürünü bildirib. "ASAN xidmət"in fəaliyyətinə toxunan dövlətimizin başçısı onun əhatə dairəsinin genişlənəcəyini diqqətə çatdırıb. "Bu, şəffaflıq, xidmət, mədəniyyət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir", - deyən Prezident İlham Əliyev "ASAN"ın Azərbaycan brendi olduğunu da vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti