...

Siyavuş Novruzov: Əli Kərimli həmişə antiazərbaycan qüvvələrin dəyirmanına su töküb

Siyasət Materials 20 Aprel 2016 16:37 (UTC +04:00)
Əli Kərimli həmişə antiazərbaycan qüvvələrin dəyirmanına su töküb və bu gün də öz missiyasını davam etdirir.
Siyavuş Novruzov: Əli Kərimli həmişə antiazərbaycan qüvvələrin dəyirmanına su töküb

Bakı. Trend:

Əli Kərimli həmişə antiazərbaycan qüvvələrin dəyirmanına su töküb və bu gün də öz missiyasını davam etdirir. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O, qeyd edib ki, Ə.Kərimli Azərbaycan xalqının birliyinə, dövlətçilik amalı uğrundakı vəhdətinə kölgə salmağa cəhd edir.

S.Novruzov bildirib ki, vətənpərvər gənclərin Ə.Kərimlinin evi qarşısında keçirdikləri kütləvi etiraz aksiyalarından sonra AXCP sədri onun özündən fərqlənməyən bir neçə tərəfdarını evində topladı. Lakin onun evinə toplaşanların hər birinin dövlətçilik maraqlarını satmaqda adları hallanır:

"Əli Kərimlinin evinə toplaşanlar, onu AXCP mətbuatında müdafiə edənlər vaxtilə Şuşanı, Xocalını, Qarabağın bir sıra digər ərazilərini ermənilərə satanlardır. İndi onlar yenidən erməniyə işləmək üçün fürsət əldə ediblər. Bu fürsəti onlara Əli Kərimli verib. Əlbəttə ki, düşmən bu ünsürlərə verdiyi tapşırıqlar müqabilində nə isə verəcək. Ona görə də belələrini hətta ölkənin həssas dönəmlərində Vətən, dövlət, xalq kimi əhəmiyyətli faktorlar qətiyyən maraqlandırmır. Xəyanətkarları, satqınları birləşdirən məqam da məhz budur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti