Prezident İlham Əliyev və xanımı 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak ediblər (FOTO)

Prezident İlham Əliyev və xanımı 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak ediblər (FOTO)

Bakı. Trend:

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladı.

Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev onları Qələbə bayramı münasibətilə təbrik etdi və ən xoş arzularını çatdırdı.

Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim olundu.

Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynayıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 may - Qələbə Günü qeyd olunur. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır.

Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Dövlətimizin başçısının bu il imzaladığı Sərəncamla 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 1 000 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, Böyük Vətən müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilib. Prezident İlham Əliyevin digər Sərəncamı ilə isə Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə Prezidentin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq, 2016-cı il fevralın 1-dən 110 manat müəyyən edilib. Həmçinin dövlətimizin başçısının 2016-cı il 9 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Veteranlar Təşkilatına dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 500 min manat ayrılıb. Bütün bunlar bir daha göstərir ki, müharibə veteranlarına qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Azərbaycan Prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşdü, onları Qələbə bayramı münasibətilə təbrik etdi.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyan Prezident, Ali Baş Komandan İlham Əliyev İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərən cəsur sərkərdənin, xalqımızın igid oğul və qızlarının, tarixi Qələbənin qazanılmasında payı olan milyonlarla insanın əziz xatirəsini dərin ehtiramla yad etdi.

Dövlətimizin başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçdi.

Prezident İlham Əliyev veteranları Qələbə bayramı münasibətilə bir daha təbrik etdi, ən xoş arzularını çatdırdı.

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Dadaş Rzayev dedi: "Cənab Prezident, 1 milyon 300 min pensiyaçı və veteran həmişə Sizin xarici və daxili siyasətinizi dəstəkləyir, Sizin arxanızdadır. Sizin cəbhə bölgəsinə səfəriniz bütün Azərbaycan xalqını, biz veteranları çox sevindirdi".

Prezident İlham Əliyev: "Çox sağ olun. Mən həmişə sizi dəstəkləyirəm. Çalışıram ki, sizə öz köməyimi göstərim. Bayram ərəfəsində bütün veteranlara mükafat verildi. İldən-ilə mükafatları artırırıq".

Veteran: "Bəli, 1000 manat, 500 manat. Hər şeyimiz var. Heç yerdə belə bir şey yoxdur".

Veteran (qadın): "Sağ olsun bizim Prezidentimiz. Yenə də sağ olsun. Onu da deyim ki, mənim balam, Sizi Mehriban xanımla birgə cəbhə xəttində görəndə ürəyim dağa döndü. Dedim, halal olsun sizə. Azərbaycan xalqı bəxtəvərdir ki, bizim belə Prezidentimiz, xanımlar xanımı Mehribanımız var. Allah sizi qorusun".

Dadaş Rzayev: "Cənab Prezident, bizə bağışladığınız inzibati bina muzey olub".

Prezident İlham Əliyev: "Keçən il bərabər açmışdıq".

Veteran (qadın): "Bizim Prezidentdən yoxdur, ola da bilməz".

Prezident İlham Əliyev: "Mən sizi bu gün rəsmi ziyafətə dəvət edirəm. Heydər Əliyev Mərkəzində rəsmi ziyafət olacaq. Mən sizi oraya dəvət edirəm. Gəlin, görüşümüzü orada da davam etdirərik".

Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Türk Şurasının baş katibi Azərbaycanı təbrik edib
Keçmiş bələdiyyə sədri rüşvətə görə həbs edilib
Xəzərin cənubunda Azərbaycan sərhədini pozmağa cəhd edən üzmə vasitələrinə atəş açılıb (FOTO)
Nazirlər Kabineti maaş və pensiyalarla bağlı təklifləri oktyabrın 21-dək təqdim edəcək
Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb
Qaxda dələduzluq edən şəxs saxlanılıb
Hindistanda daşqınlardan ölənlərin sayı 26 nəfərə çatıb
Ceyhun Bayramov qətərli həmkarını qəbul edib (VİDEO)
275 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub
Türkiyədən niyə "powerbank" sifariş etmək olmur? - DGK-dən AÇIQLAMA
Xocavəndə icazəsiz daxil olan şəxslər saxlanılıb
Bakı Ali Neft Məktəbinin tələbələri NASA-nın müsabiqəsinə qatılacaq
Füzuli rayonunda iş yoldaşını öldürən şəxs saxlanılıb
Göygöldə karantini pozan obyekt sahibləri cərimələniblər
Türkiyə səfiri Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib
Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək
9 ayda baş verən yol qəzalarında 504 nəfər həlak olub - RƏSMİ
Ceyhun Bayramov Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Koronavirus pandemiyası vərəmlə mübarizəni çətinləşdirir - AÇIQLAMA
Qazaxıstanda koronavirusa daha 1 642 nəfər yoluxub
Rusiyada şagird məktəbdə odlu silahdan atəş açıb
Tayvanda 4 nəfər daşqınlar nəticəsində ölüb
Zidan "Qızıl top" üçün öz favoritini açıqladı
Blinken Qətərin XİN rəhbəri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib
Afrikada koronavirusdan ölənlərin sayı 215 mini ötüb
Britaniya Türkiyə PUA-ları ilə maraqlanır
İspaniya La Liqası: "Barselona" "Valensiya"ya qalib gəldi
Azərbaycanın cüdo komandası "Böyük dəbilqə"ni 4-cü pillədə tamamlayıb
Albaniyada zəlzələ olub
Türkiyədə son sutkada koronavirusdan 24 403 nəfər sağalıb
Fransada aralarında ermənilərin olduğu transmilli cinayətkar şəbəkə ifşa edilib
Fransanın səfiri Minskin tələbi ilə Belarusu tərk edib
Əfqanıstanda yaşayış evinin damı çöküb, ölənlər var
“Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib
Zəfər xronikası 18 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağının qaldırıldığını açıqlayıb (VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr
Almaniyada helikopter qəzaya uğrayıb
Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib
ABŞ-da universitet ərazisində atışma olub, ölən və yaralananlar var
Britaniyada koronavirusa 45 mindən çox yeni yoluxma halı qeydə alınıb
Bərdədə ağır yol qəzası baş verib: 5 nəfər yaralanıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun! (FOTO)
Londonda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar bilbordlarda məlumat yerləşdirilib
Cüdoçularımız Avropa kuboku yarışında 2 medal qazanıblar
Gənclər Gəncə terrorunun qurbanlarını yad ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev: Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi
Prezident İlham Əliyev: Otuz il əziyyət içində yaşamış köçkünləri maksimum qısa müddətdə doğma torpaqlarına qaytaracağıq
Prezident İlham Əliyev: Heydər Əliyev qoymadı ki, Naxçıvanda Sovet İttifaqının saxlanmasına dair referendum keçirilsin
Prezident İlham Əliyev: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Milli bayramlarımızla bağlı düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur
Prezident İlham Əliyev: Doqquz ayda Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz, qeyri-neft sənayesi isə 20 faiz artıb
Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev: Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır
Son sutka ərzində Azərbaycanda 1 896 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Prezident İlham Əliyev: Keçmiş köçkünlərin öz doğma torpaqlarına qaytarılacağı günü böyük dərəcədə yaxınlaşdırmışıq
Prezident İlham Əliyev: “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər (FOTO)
Prezident İlham Əliyev: Füzulidə icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir
Prezident İlham Əliyev Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar
Prezident İlham Əliyev Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub
Prezidenti İlham Əliyev Füzulidə avtomobil yolunun və yeni “ağıllı kənd”in təməllərini qoyub (FOTO)
Prezident İlham Əliyev: Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik
Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində növbəti təlim keçirilib
Prezident İlham Əliyev: Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür və bunu artıq heç kim inkar edə bilməz
Prezident İlham Əliyev: Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaq
Prezident İlham Əliyev: Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı
Prezident İlham Əliyev: Füzuli nəzarətimizə keçəndən sonra Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı
Prezident İlham Əliyev: Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi
Prezident İlham Əliyev: 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar (FOTO/VİDEO)
Güllə daraqları məni ölümdən xilas etdi - Vətən müharibəsi qazisi
Ukrayna Ali Radasının nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb
Prezident İlham Əliyevin son Sərəncamı əhalinin rifahını daha da yüksəldilməsini nəzərdə tutur - Tamam Cəfərova
Dövlət başçısının sərəncamı yeni sosial paket hesab edilə bilər - Aydın Hüseynov
İranda koronavirusdan ölənlərin sayı 124 min nəfəri keçib
İranda qida təhlükəsizliyi ilə əlaqədar ciddi addımlar atılmalıdır - İranın Səhiyyə Nazirliyi
Gəncə terroru Azərbaycanı təxribata çəkmək üçün törədilib - ukraynalı deputat
İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb (FOTO)
Ukraynalı deputatlar Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dinc insanların həlak olduğu əraziyə baş çəkiblər (FOTO)
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir
Müstəqillik dövrünün ən böyük uğuru Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın azad edilməsidir - Rauf Əliyev
Azərbaycanın canlı əfsanəsi İsfar Sarabskinin rəhbərliyi altında trionun Avropa turnesi çərçivəsində ilk konserti keçirilib (FOTO/VİDEO)
Sabah Bakıda 21 dərəcə isti olacaq
Milli gücün nəyə qadir olduğunu dünyaya göstərdik – Bahar Muradova “Sahil Kərimli ilə Aktual” layihəsində (VİDEO)
Əməkhaqqı və pensiyalarla bağlı sərəncam bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahı dayanır – Deputat
Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub
Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? - AÇIQLAMA
Türkiyədə kursda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib
Bakının bu ərazilərində içməli suyun verilişində məhdudiyyət olacaq
Qubada ağır yol qəzası baş verib, ölənlər var
Ölümcül xəstə uşağın atası onun üçün dərman yaradıb
Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı artıb
Düşmənin 30 illik istehkamları bir neçə günə necə darmadağın edildi? - Füzuli fatehləri Trend TV-yə danışıb (VİDEO)
ABŞ-da snayper tüfəngli robot it yaradılıb
Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirib
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
İtaliyada bələdiyyə seçkilərinin ikinci turu keçiriləcək
Bütün xəbərlər