...

Aviqdor Libermanın İsrailin müdafiə naziri təyin edilməsi danışıqlarında əsas bəndlər üzrə razılaşmalar var

Siyasət Materials 19 May 2016 14:20 (UTC +04:00)
Aviqdor Libermanın İsrailin müdafiə naziri vəzifəsinə təyin edilməsi məsələsi üzrə danışıqlar başa çatmayıb və sabah (20 may) davam edəcək.
Aviqdor Libermanın İsrailin müdafiə naziri təyin edilməsi danışıqlarında əsas bəndlər üzrə razılaşmalar var

Bakı. Anaxanım Hidayətova - Trend:

Aviqdor Libermanın İsrailin müdafiə naziri vəzifəsinə təyin edilməsi məsələsi üzrə danışıqlar başa çatmayıb və sabah (20 may) davam edəcək. Bunu Trend-ə İsrail hökumətindəki mənbə deyib.

Onun sözlərinə görə, danışıqları şənbə gününədək başa çatdırmaq planlaşdırılır və bununla bağlı böyük nikbinlik var, çünki əsas bəndlər üzrə razılaşmalar əldə olunub.

Yekun razılaşma əldə olunsa, gələn həftə Knessetin ilk iş günündə A.Liberman İsarilin yeni müdafiə naziri elan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti