...

Fransua Olland: Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək

Siyasət Materials 25 May 2016 18:23 (UTC +04:00)
Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Fransua Olland: Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək

Bakı. Trend:

Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza böyük səmimiyyətlə sülh, əmin-amanlıq və tərəqqi arzularımı çatdırıram.

Ötən illərdə olduğu kimi, bu il də Fransa ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafı bütün sahələrdə davam edib. Tezliklə Bakıda açılacaq Fransız Azərbaycan Universiteti buna bariz nümunədir. Mən buna şadam və arzu edirəm ki, ölkələrimizi birləşdirən tərəfdaşlıq əlaqələri daha da dərinləşsin və müxtəlif sahələri əhatə etsin.

Bu xoş fürsətdən istifadə edərək Sizi əmin edirəm ki, Minsk qrupunun həmsədri kimi Fransa rusiyalı və amerikalı tərəfdaşları ilə Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.

Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti