...

Türkiyənin Baş naziri: Ermənistan işğalçı siyasətindən əl çəkməlidir

Siyasət Materials 3 İyun 2016 09:55 (UTC +04:00)
Ermənistan işğalçı siyasətindən əl çəkməli və Azərbaycan ilə xoş qonşuluq münasibətləri qurmalıdır.
Türkiyənin Baş naziri: Ermənistan işğalçı siyasətindən əl çəkməlidir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ermənistan işğalçı siyasətindən əl çəkməli və Azərbaycan ilə xoş qonşuluq münasibətləri qurmalıdır. Trend "TRT Haber"ə istinadən məlumat verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bakıya səfəri öncəsi deyib.

Baş nazir bildirib ki, Yerevanın işğalçı siyasəti Ermənistanı izolyasiya vəziyyətinə salıb.

B.Yıldırım vurğulayıb ki, hər kəsə məlumdur ki, Ermənistan öz qonşularına qarşı, xüsusilə Azərbaycana qarşı aqressiya nümayiş etdirir.

B.Yıldırım bildirib: "Qoşunların təmas xəttində Ermənistanın təxribatlarına Azərbaycanın cavabı - qardaş ölkənin müdafiə sahəsində uğurlarının bariz nümunəsidir".

O, həmçinin qeyd edib ki, Türkiyə ilk gündən Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləməkdə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti