...

Deputat: Almaniyanın "erməni soyqırımı"nı tanımasının məqsədi Türkiyəyə təzyiq etməkdir

Siyasət Materials 3 İyun 2016 10:45 (UTC +04:00)
Almaniya Bundestaqının uydurma “erməni soyqırımı”nın tanınması barədə qətnaməni qəbul etməsi ikili standartların aşkar rüsvayçı nümunəsidir, məqsəd isə Türkiyəyə təzyiq etmək, türk millətini gözdən düşürməkdir.
Deputat: Almaniyanın "erməni soyqırımı"nı tanımasının məqsədi Türkiyəyə təzyiq etməkdir

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Almaniya Bundestaqının uydurma "erməni soyqırımı"nın tanınması barədə qətnaməni qəbul etməsi ikili standartların aşkar rüsvayçı nümunəsidir, məqsəd isə Türkiyəyə təzyiq etmək, türk millətini gözdən düşürməkdir.

Bunu Trend-ə Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Almaniya parlamentinin qəbul etdiyi qətnamə tarixin saxtalaşdırılmasıdır: "Çünki tarixdə "erməni soyqırımı" deyilən bir şey olmayıb. Əslində, Birinci Dünya Müharibəsinin gedişində əvvəlcə erməni silahlı dəstələri Şərqi Anadoluda, Cənubi Azərbaycanda və Cənubi Qafqazın müxtəlif yerlərində mülki türk, müsəlman əhaliyə qarşı kütləvi soyqırım törədiblər. 1918-1920-ci illərdə isə türk torpaqlarında yaradılan daşnak Ermənistan soyqırımı dövlət siyasətinə çevirib. İndiki Ermənistan isə Azərbaycana qarşı hərbi təcavüzünün gedişində Xocalıda mülki azərbaycanlı əhalini soyqırıma məruz qoymaqla bəşəriyyətə və sivilizasiyaya qarşı dövlət səviyyəsində cinayət edib".

M.Qasımlı deyib ki, bənzər qətnamələr buna qədər də qəbul edilib və bundan sonra da qəbul edilə bilər: "Onların heç biri gerçək tarixi dəyişdirə bilməz. Nə qədər qəbul edilsə də, belə qətnamələr türk milləti üçün bir anlam daşımır və kimsə türk millətinin etmədiyini onun üzərinə yıxa bilməz. Yaxşı olardı ki, Almaniya bundestaqının həmin utancverici, Türkiyə dövləti və türk milləti tərəfindən cırılıb atılmış kağız parçasına səs verən deputatları Xocalıda törədilənə də diqqət yetirərdilər. Ümumiyyətlə, "soyqırımı"ndan söhbət gedəndə, Almaniya daim susmalı, utanaraq başını aşağı dikməlidir ".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti