Bakı. Trend:
İsveçrənin maliyyə naziri Azərbaycana gələcək.
İsveçrənin Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu ölkənin maliyyə naziri Ulrix Maurer iyulun 15-16-da Azərbaycanda səfərdə olacaq.
Nazir Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.