Bakı. Trend:
Türkiyə ölüm cəzasının bərpa olunması məsələsinə baxa bilər.
Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, dövlət xalqın qiyamçılara ən ağır cəza verilməsi tələbini anlayır: "Demokratiyada xalqın tələbinə etinasız yanaşmaq olmaz".
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.