...

Putin avqustun 8-də Bakıya səfər edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Avqust 2016 14:46 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin avqustun 8-də Bakıya səfər edəcək.
Putin avqustun 8-də Bakıya səfər edəcək (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 14:31-də yayımlanıb.

Bakı. Anaxanım Hidayətova - Trend:

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan, İran və Rusiay liderlərinin üçtərəfli görüşündə iştirak etmək üçün avqustun 8-də Bakıya səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Kreml-ə istinadən RİA Novosti xəbər verib.

Rusiya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani ilə beynəlxalq və regional siyasətin aktual məsələlərini xüsusilə enerji və nəqliyyat sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edəcəyi gözlənilir.

Putinin Bakıya səfəri çərçivəsində Azərbaycan və İran liderləri ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcəyi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti