Tehran. Mehdi Sepahvənd. Elmira Tariverdiyeva - Trend:
Bu yaxınlarda Bakıda Azərbaycan, İran və Rusiya liderləri arasında keçirilmiş üçtərəfli görüş digər ölkələr üçün uğurlu əməkdaşlıq modeli qismində qəbul edilə bilər.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu İranın xarici işlər nazirinin nümayəndəsi Bəhram Kassemi mətbuat konfransında deyib.
O, həmin görüşü regional təhlükəsizliyin möhkəmləndirilməsi üzrə mühüm addım adlandırıb: "Biz region ölkələri ilə əlaqələrimizin inkişafında maraqlıyıq və gələcəkdə daha sıx təmasların qurulmasına çalışacağıq. Avqustun 8-də Bakıda baş tutmuş prezidentlərin üçtərəfli görüşü bunun nümunələrindən biridir".