...

Məzahir Pənahov referendumda səs verib (FOTO)

Siyasət Materials 26 Sentyabr 2016 14:40 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsində (referendum) iştirak edib.
Məzahir Pənahov referendumda səs verib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsində (referendum) iştirak edib.

Trend-in məlumatına görə, MSK sədri 10 saylı Binəqədi II seçki dairəsinin 31 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti