Bakı. Seymur Əliyev - Trend:
Azərbaycanda, belə müasir və dinamik inkişaf edən ölkədə olmaq böyük şərəfdir.
Trend-in məlumatına görə, bunu Rusiya Baş nazirinin müavini Olqa Qolodets V Bakı Beynəlxalq Humanitar Forumda çıxış edərkən deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu və forumda müzakirə ediləcək vəzifələr bəşəriyyət üçün xüsusi önəmə malikdir.
O.Qolodets bildirib ki, hazırda dünyada milli münaqişələr alovlanır və bütün ölkə siyasətçilərinin əsas vəzifəsi, missiyası bunun qarşısını almaqdır.