Vüqar Rəhimzadə: Bu cür "bəyanatlar" Azərbaycanı haqq yolundan döndərə bilməz

Vüqar Rəhimzadə: Bu cür "bəyanatlar" Azərbaycanı haqq yolundan döndərə bilməz

Bakı. Trend:

Bu cür “bəyanatlar” Azərbaycanı haqq yolundan döndərə bilməz. Bunu Trend-ə YAP Siyası Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, artıq uzun illərdir ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində cidd-cəhdlə çalışır, problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, eyni zamanda sülh yolu ilə həlli üzrə bütün təklifləri nəzərdən keçirir, danışıqlara hazır olduğunu bəyan edir. Lakin işğalçı Ermənistan isə hər dəfə bu danışıqlardan yayınmağa, status-kvonu saxlamağa çalışır:

"Sözügedən proses bu ilin aprelin əvvəlində cəbhə xəttində baş verən məlum hadisələrə qədər davam edirdi. Məhz aprel döyüşlərindən sonra Ermənistan, eyni zamanda, dünya ictimaiyyətinə agah oldu ki, Azərbaycan işğal altında olan torpaqlarını güc yolu ilə azad etməyə qadirdir və bu onun tam haqqıdır. Ancaq 4 günlük döyüşlər zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri erməni qoşunlarının Azərbaycan Ordusu qarşısında acizliyini görərək, təcili şəkildə atəşkəsin vacibliyini önə çəkdilər və hərbi əməliyyatların dayandırılmasına nail oldular. Münaqişənin “dondurulmuş” olmadığını görən həmsədrlər problemin həllində xüsusi aktivlik göstərməyə başladılar. Belə ki, danışıqlar prosesi daha da sürətləndirildi, Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri təşkil edildi. Artıq hər kəsin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində ciddi irəliləyişin əldə olunacağını gözlədiyi bir vaxtda okeanın o tayından gələn bəyanatlar Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb oldu. Bu gün ölkəmizdə ABŞ-ın dövlət katibi Con Kerrinin “liderlər buna hazır deyillər” açıqlaması ikili standartların bariz nümunəsi kimi qiymətləndirilir".

V.Rəhimzadə qeyd edib ki, C.Kerrinin belə bir bəyanatla çıxış etməsi Minsk qrupunun münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasına tam ziddir:

“Bu gün ABŞ dünyanın ən güclü dövlətlərindən biridir. BMT Təhlükəsizlik Şurasının üzvü olan Amerikanın NATO və ATƏT-ə də böyük təsir imkanları var. Təəssüf ki, ABŞ güclü dövlət olaraq ədaləti bərpa etmək əvəzinə, öz xarici siyasətində ikili standartlar prinsiplərinə hələ də “sadiq qalır”. ABŞ həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və onun əsas missiyası qərəzsiz və obyektiv şəkildə Dağlıq Qarabağ münaqişənin həllinə yardımçı olmaqdır. Ancaq görünən odur ki, Con Kerri “liderlər buna hazır deyillər” açıqlaması ilə ABŞ-ın 25 ilə yaxındır həlli uzanan münaqişənin nizamlanmasında o qədər də maraqlı olmadığını ortaya qoyur. Bəs, hər zaman insan hüquq və azadlıqlarından danışan ABŞ rəsmisini 25 ildir hüquqları pozulan 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi narahat etmirmi? Və ya BMT Təhlükəsizlik Şurasının əsas üzvlərindən biri ABŞ nə üçün elə bu qurumun Dağlıq Qarabağ münaqişə ilə bağlı qəbul etdiyi 4 qətmanənin şərtlərinin indiyə kimi yerinə yetirilməməsinə etiraz etmir? Bəlkə bu, ABŞ-ın maraqlarına uyğun gəlmir? Bəs, hanı o məşhur demokratiya, beynəlxalq hüquq? Görəsən bu anlayışlar nə zamana kimi yalnız bəzi dövlətlərə təzyiq vasitəsi kimi istifadə ediləcək? Təbii ki, bu və digər suallar ölkə ictimaiyyətini narahat edir”.

V.Rəhimzadə bildirib ki, C.Kerrinin erməni sevgisi, xüsusilə də bunu təsdiq edən tarixi faktlar onun bəyanatındakı gizli məqamlara aydınlıq gətirir:

“Xatırladım ki, Kerrinin də daxil olduğu bir qrup senator 1990-cı il 20 yanvar hadisələri zamanı Qorbaçova müraciət edərək “160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini” qeyd edib. Bununla yanaşı, Kerrinin 2013-cü ildə Edvard Nalbandyanla görüşündə səsləndirdiyi “Mənim çoxlu erməni dostlarım var. Uzun illər mən dostlarımla Ermənistanda bir sıra müxtəlif məsələlər üzərində işləmişik.” fikirlər məsələnin əsl mahiyyətini ortaya qoyur. ABŞ dövlət katibinin ermənilərə simpatiyasını açıq şəkildə büruzə verən bu cür onlarla fakt sadalamaq olar. Ancaq cənab Kerri tutduğu vəzifənin məsuliyyətini, daşıdığı missiyanın əhəmiyyətini başa düşməlidir. Cənab Kerriyə xatırlatmaq lazımdır ki, onun işi işğalçıya güzəşt etmək, işğal faktına göz yummaq deyil, haqq-ədaləti bərpa etməkdir. Beynəlxalq aləmdə dövlətlər arasındakı bu cür qərəzli yanaşmalar qəbuledilməzdir. Əgər ABŞ digər dövlətlərdən insan haqlarına hörmət, demokratiya, ədalət tələb edirsə, özü ilk növbədə bu prinsiplərə əməl etməlidir”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bütün təzyiqlərə, ikili standartlara baxmayaraq, Azərbaycan sona kimi haqlı mövqeyini müdafiə edəcək, torpaqlarının işğaldan azad edilməsinə nail olacaq: “Bütün dünya bilir ki, Azərbaycan işğala məruz qalıb. Təbii ki, status-kvo qəbuledilməzdir. Şübhəsiz ki, gec-tez ədalət öz yerini tapacaq. Ancaq yaxşı olar ki, aidiyyəti beynəlxalq qurumlar və bəzi rəsmi şəxslər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qərəzli, ikili yanaşmaları kənara qoyub problemin nizamlanması istiqamətində səylərini artırsınlar. Çünki bu cür “bəyanatlar” Azərbaycanı haqq yolundan döndərə bilməz”.

Oktyabrın 27-də xarici valyutaların manata qarşı məzənnələri
Oktyabrın 27-də xarici valyutaların manata qarşı məzənnələri
“Rabitəbank” şəhid hərbçilərin və həlak olan mülki şəxslərin borcunu siləcək
“Rabitəbank” şəhid hərbçilərin və həlak olan mülki şəxslərin borcunu siləcək
Oktyabrın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Oktyabrın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Kanadada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb
Çempionlar Liqası: "Liverpul"dan qələbə, "Real"dan heç-heçə
Moskvanın hava limanlarında 20-dən artıq aviareys ləğv edilib və ya təxirə salınıb
ÜST: Dünyada ötən həftə koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Ceyhun Bayramov Türkiyəyə təşəkkür etdi
Moskvada koronavirusdan daha 75 nəfər ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun? (FOTO)
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənilərin köhnə atəşkəs hiyləgərliyi: Hər dəfə yeni ərazilərin işğalı üçün cəhd ediblər - REAL FAKTLAR
Əlcəzairin prezidenti xəstəxanaya yerləşdirilib
Təhsil naziri Emin Əmrullayev Bərdədə həlak olan şagirdin yaxınlarına başsağlığı verib
Ermənilər özünü demokratiyanın beşiyi sayan Fransada haqq deyənlərin səsini boğur - Ekspert
Bugün məhv edilən Arutyunyanın maşınından geriyə qalan (FOTO)
Türkiyə XİN: Ermənistanın Bərdə şəhərinə qeyri-insani hücumunu qətiyyətlə pisləyirik
Ermənistan fərariliyin qarşısını ala bilmir - Cəzalar sərtləşdirilir
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir
Yerevanın Azərbaycanla müharibəyə uşaqları cəlb etməsi hərbi cinayətdir - Livanlı vəkil
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - MN
FİFA-nın prezidenti koronavirusa yoluxub
Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir - Dövlət Komissiyası (FOTO)
Ermənistan müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir - Ombudsman
Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub - Müdafiə Nazirliyi
Ermənistan döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə də sahib çıxmır - Prezidentin köməkçisi
Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil - Hikmət Hacıyev
Azərbaycan XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı məlumat yaydı
27 ildən sonra işğaldan azad edilən bölgələrin xəbərini almaq bizi çox xoşbəxt edir - Ömər Çelik
Ermənistanın ağır artilleriya zərbələri nəticəsində Bərdədə 5 fərdi evə ciddi ziyan dəyib - FHN (FOTO/VİDEO)
Dönüş: Sabaha qalmayan qisas
Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə ziyanın qarşısını alacaq - UNEP
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb
Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb - Hikmət Hacıyev (FOTO)
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir - Rauf Əliyev
Azərbaycan Ordusu yeni dövrün yeni tarixini yazır - Deputat
Prezidentə yazırlar: Cəbhədə şanlı Ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır
İran Qarabağ münaqişəsi ilə əlaqədar planını tərəflərə açıqlayacaq – Zərif
Çavuşoğlu və Lavrov Qarabağdakı vəziyyəti müzakirə edib
Ermənistan rəhbərliyinin uşaq öldürmək siyasəti davam edir - Hikmət Hacıyev
Baş Prokurorluq Bərdədə erməni terroru nəticəsində ölənlərin adlarını açıqladı
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində ölənlərin sayı 4-ə çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bərdədə həlak olanlardan biri 8 yaşlı uşaqdır
Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi yad edilib (FOTO)
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində qadın və uşaqlar da yaralanıb - Hikmət Hacıyev
Gəncədə istintaq təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə görüş keçirilib
Oktyabrın 28-də manatın dollara qarşı məzənnəsi
Qubada sağalmadan evdən çıxan COVİD-19 xəstəsi barədə araşdırma başlayıb
Goranboy, Tərtər və Bərdə rayonlarının əraziləri atəşə tutulur
Tehran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olmağa hazırdır
Terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün yeni metod hazırlanıb
Ermənistan rəhbərliyi doğrudan da sülh istəyirsə, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa başlasın - Ceyhun Bayramov
Ermənistan Dağlıq Qarabağ münaqişəsinə üçüncü tərəfləri cəlb etməyə çalışır - Fuad Muradov (FOTO/VİDEO)
Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi - İNFOQRAFİKA (FOTO)
İran Xudafərin və Qız Qalası hidroqovşaqlarından istifadə ilə əlaqədar danışıqlara hazırdır
Azərbaycanın işğaldan azad edilmiş əraziləri ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək
Boykot çağırışı Türkiyə iqtisadiyyatına ciddi təsir etmək imkanında deyil - Vüsal Qasımlı
Ermənistan bu müharibəyə uzun müddət dayana bilməyəcək, iflas edəcək - İİTKM
Qondarma rejimin "müdafiə naziri" belə məhv edildi (VİDEO)
Erməni tankları ermənilərə qarşı (FOTO)
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
İnsanların yarısı maskanı çənəsində gəzdirir - TƏBİB rəsmisi
Ermənistanda Paşinyanın istefası tələb olunur
Ermənistanın itirdiyi hərbi texnika və sursatı bərpa etməyə 25 il vaxt lazımdır - Vüsal Qasımlı (FOTO)
Döyüşlər başlayandan Ermənistanın hərbi itkilərinin dəyəri açıqlanıb
Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibə verib (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Euronews” əməkdaşlarına hücum bir daha Ermənistanın simasını göstərir - XİN (VİDEO)
Dağlıq Qarabağ üzrə danışıqlarda istənilən ölkənin iştirakı üçün Bakı və Yerevanın razılığı vacibdir - Peskov
FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Lüksemburqda erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycana təzyiqlər göstərilsə də Prezident İlham Əliyev haqq yolunda mübarizəsindən dönmədi - Politoloq
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub (FOTO)
Vətəndaşların nəzərinə: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir (FOTO)
Qarabağ Azərbaycana aiddir – İranın nüfuzlu din xadimi
42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb
“Azərenerji” arxa cəbhədə gücünü səfərbər edib (VİDEO)
II Qareginin müharibə çağırışı heç bir dini çərçivəyə sığmır - Robert Mobili
BSU-nun kollektivi Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə müraciət edib
Baş prokuror Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb
Əli silahlı erməni "din" adamları - Erməni kilsəsi qan və terror istəyir (FOTO)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib
İranda sutka ərzində 7 minə yaxın şəxs koronavirusa yoluxub
180 min manat gecikdirilmiş ödənişlərin işçilərə ödənilməsi təmin edilib
Fransanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
Ermənistan ordusunda qan çatışmazlığı müşahidə olunur
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Rusiyada ikinci koronavirus vaksininin istehsalı başlayıb
Mətbuat Şurası “Euronews”un çəkiliş qrupunun Ermənistan tərəfindən atəşə tutulması ilə bağlı müraciət yayıb
Ermənistan əks-kəşfiyyat idarəsinin rəisi işdən çıxarılıb
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin yeni siyahısını açıqlayıb
Yaralandı, amma silahdaşlarını döyüş meydanında tək buraxmadı (VİDEO)
Ermənistan işğal altında saxladığı ərazilərdə narkotik əkib-becərməklə məşğul olub - Nazir müavini
Ermənistanın təxribatları danışıqları mənasız edir - Deputat
Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır - Deputat
İlahiyyat İnstitutunun rektoru Beynəlxalq Forumda iştirak edib (FOTO)
Ermənistan sərhəd qoşunlarının itkilərini açıqlayıb
Zəngilan və Qubadlı rayonları strateji vacib ərazilərimizdir - Millət vəkili
SOCAR AQS-yə yeni baş direktor təyin edilib
Neft Fondunun yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlanıb
Ermənistanın Gəncəyə raket hücumu nəticəsində həlak olanların xatirəsi Belarusda yad edilir (FOTO)
Məşhur rusiyalı müğənni koronavirusa yoluxub
Ermənistan KTMT-də “Troya atı” rolunu oynayır - Türkiyə hökuməti
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb
Bütün xəbərlər