...

“Dövlət qulluğu haqqında" qanuna Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri ilə bağlı dəyişikliklər edildi (YENİLƏNİB)

Siyasət Materials 15 Oktyabr 2016 12:06 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin 2016-ci il oktyabrın 14-də keçirilmiş iclasının gündəliyinə müvafiq olaraq “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu” layihəsi müzakirəyə çıxarılıb və layihə 1-ci oxunuşda qəbul edilib.
“Dövlət qulluğu haqqında" qanuna Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri ilə bağlı dəyişikliklər edildi (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 14 oktyabr saat 14:20-də yayılıb)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Milli Məclisinin 2016-ci il oktyabrın 14-də keçirilmiş iclasının gündəliyinə müvafiq olaraq “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu” layihəsi müzakirəyə çıxarılıb və layihə 1-ci oxunuşda qəbul edilib.

Trend-in məlumatına görə, müzakirəyə çıxarılan layihədə “Dövlət qulluğu haqqında" Azərbaycan Res­pub­li­ka­sı Qanununun 2.3-cü maddəsində (Prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, xüsusi döv­lət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger ra­bitəsi orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalı­şan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının döv­lət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsa­sında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və döv­lət qulluğunun digər prinsiplərinə aid müddəaları nəzərə alınmaqla, Azərbaycan Res­publi­ka­­­sının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür) "milli təhlükəsizlik," sözlərinin çıxarılması və "fövqəladə hal­lar," sözlərindən sonra "dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xid­məti," sözlə­ri­nin əlavə edilməsi nəzərdə tutulub.

Qanun layihəsinin qəbul edilməsi “Azərbaycan Respublikasının Dövlət Təh­lükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin ya­ra­dılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli fərmanı ilə əlaqədar “Dövlət qulluğu haqqında" Azərbaycan Res­pub­li­ka­sının Qanununun 2.3-cü maddəsində müvafiq dəyişikliklər edilməsi zərurətindən irəli gəl­ib.

Belə ki, Azərbaycan Respublikasının Dövlət Təh­lükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti hərbi nizamnamələrə və digər qanun­vericilik aktlarına müvafiq olaraq həyata keçirilir, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274-IVQ nöm­rəli Qanununun 2.0.2-ci maddəsində isə hərbi xidmət – dövlət qulluğunun xüsusi növü kimi müəy­yən edilib.

Dəyişikliklərə əsasən Dövlət Təhlükəsizliyi Xid­mətinin və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarına dövlət qulluqçusu statusunun verilməsinə dair mülahizələrlə əlaqədar qeyd olunmalıdır ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun hazırda qüvvədə olan 2.3-cü maddəsinə müvafiq olaraq – prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, föv­qə­la­də hallar, sərhəd xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, göm­­­rük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Res­pub­li­ka­sı­nın Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qa­­nunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hü­qu­­quna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata ke­çiril­mə­si­nə, döv­lət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qul­lu­ğu­nun digər prin­sip­lərinə aid müddəaları nəzərə alınmaqla, Azərbaycan Respub­lika­sının başqa qa­nun­ları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti