...

Özbəkistandakı seçkiləri Azərbaycandan olan müşahidəçilər də izləyəcək

Siyasət Materials 21 Oktyabr 2016 14:16 (UTC +04:00)
Azərbaycandan olan nümayəndə heyəti dekabrın 4-də Özbəkistanda keçirilən prezident seçkilərinin gedişatını izləyəcək.
Özbəkistandakı seçkiləri Azərbaycandan olan müşahidəçilər də izləyəcək

Bakı. Yelena Kosolapova - Trend:

Azərbaycandan olan nümayəndə heyəti dekabrın 4-də Özbəkistanda keçirilən prezident seçkilərinin gedişatını izləyəcək. Trend-in məlumatına görə, bu barədə Özbəkistanın Azərbaycandakı səfirinin köməkçisi Cahangir Əminov deyib.

Səfir köməkçisinin sözlərinə görə, Özbəkistanda keçirilən hər bir seçki prosesini izləmək üçün Azərbaycan tərəfinə hər dəfə dəvətnamə gönədərilir.

C.Əminov qeyd edib ki, Azərbaycan tərəfdən seçkiləri izləyəck müşahidəçilərin sayı hələ dəqiq məlum deyil.

Qeyd edək ki, Özbəkistanda vaxtından əvvəl seçkilər bu il sentyabrın 2-də prezident İslam Kərimovun vəfatından sonra təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti