Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Milli Şurasının Sədri Doris Buresə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli xanım Sədr,
Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".