...

Avropa İttifaqı Azərbaycanla yeni saziş üzrə danışıqlara mandat verib

Siyasət Materials 14 Noyabr 2016 16:08 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycanla yeni saziş üzrə danışıqlara mandat verib.
Avropa İttifaqı Azərbaycanla yeni saziş üzrə danışıqlara mandat verib

Bakı. Elmira Tariverdiyeva - Trend:

Avropa İttifaqı Şurası Avropa Komissiyası və Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəliyə Aİ və onun üzv dövləti adından Azərbaycanla hərtərəfli saziş məsələsi üzrə danışıqlar aparmağa mandat verib.

Bu barədə Trend təşkilatın saytına istinadən məlumat verir.

Yeni saziş Azərbaycan qanunvericiliyi və prosedurunun Aİ-nin daha vacib beynəlxalq və ticarət norma və standartlarına yaxınlaşdırılmasını nəzərdə tutur. Bu, Azərbaycan məhsullarının Aİ bazarına çıxışını yaxşılaşdırmağa imkan verəcək.

Yeni saziş 1996-cı il tarixli tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəz edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti