...

XİN: Azərbaycan Aİ-nin danışıqlar aparılması üçün mandat verməsini alqışlayır

Siyasət Materials 14 Noyabr 2016 16:47 (UTC +04:00)
Azərbaycan Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığa dair danışıqlar aparılması üçün mandatın verilməsini alqışlayır.
XİN: Azərbaycan Aİ-nin danışıqlar aparılması üçün mandat verməsini alqışlayır

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığa dair danışıqlar aparılması üçün mandatın verilməsini alqışlayır.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli razılaşmanın hazırlanması üçün Avropa Komissiyasına və Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəyə mandat verilib:

"Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması və bu istiqamətində danışıqların aparılması üçün mandatın verilməsini alqışlayır və təqdir edirik".

XİN rəsmisi xatırladıb ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2015-ci ilin mayında Şərq Tərəfdaşlığı üzrə 4-cü Riqa zirvə toplantısında iştirakı çərçivəsində Aİ-nin Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Han ilə görüşüb, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş layihəsini ona təqdim edib və Azərbaycanın bu müstəvidə Aİ ilə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb:

"Hesab edirik ki, yeni sazişin imzalanması Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji müstəvidə keyfiyyətcə yeni səviyyəyə qalxmasına və əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq və töhfə verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti