Prezident İlham Əliyev və xanımı Uşaq Bərpa Mərkəzinin açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO)

Prezident İlham Əliyev və xanımı Uşaq Bərpa Mərkəzinin açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Nərimanov rayonunda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirdi ki, 2003-cü ildən fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzinin binasında indiyə qədər əsaslı təmir və yenidənqurma işləri aparılmamışdı. 2015-cü ildə mərkəzdə başlayan yenidənqurma işləri artıq yüksək səviyyədə başa çatdırılıb.

Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sağlamlıq imkanları məhdud olan uşaqlara qayğısını və onlarla keçirilən görüşləri əks etdirən fotolardan ibarət güşə var. Stasionar və ambulator bölmələrdən ibarət 42 çarpayılıq mərkəzdə 3 şöbə - informasiya-məsləhət və tədris, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələri fəaliyyət göstərir. Mərkəzin yaradılmasında məqsəd tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial stasunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Bu cür uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikasını, onların reabilitasiya potensialını təyin etmək, tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirmək, həmçinin onların şəxsiyətinin korreksiyası məqsədi ilə kompleks psixoloji, pedaqoji tədbirlərin həyata keçirilməsi mərkəzin əsas vəzifə və funksiyalarına daxildir.

Mərkəz ən müasir cihaz və avadanlıqla təchiz edilib. Burada müasir tibb və diaqnostik cihazlar, reabilitasiya avadanlığı quraşdırılıb. Bu cihaz və avadanlıqdan təcrübəli mütəxəssislər öz fəaliyyətlərində geniş istifadə edəcək, sağlamlıq imkanları məhdud uşaqlara ən yüksək səviyyədə tibbi və bərpa xidməti göstərəcəklər. Bunun üçün mərkəzdə hər cür şərait yaradılıb, buradakı siniflər, məşğələ və həkim müayinə otaqları sağlamlıq imkanları məhdud uşaqların çəkdiyi rəsmlərlə bəzədilib.

Bu mərkəz yarandığı vaxtdan respublikanın bütün bölgələrindən olan sağlamlıq imkanları məhdud uşaqların müayinə və müalicəsini yüksək peşəkarlıqla həyata keçirir. İndiyə qədər bu müəssisədə sağlamlıq imkanları məhdud olan 15 mindən yuxarı uşağa rebilitasiya xidməti göstərilib. Mərkəzə qəbul tibbi-sosial ekspertiza komissiyaları, müalicə-profilaktika müəssisələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişləri əsasında həyata keçirilir. Xəstələrin reabilitasiyası stasionar və ambulator olaraq aparılır. Uşaq Bərpa Mərkəzində 95 nəfər işçi fəaliyyət göstərir.

Qeyd edək ki, ölkədə sağlamlıq imkanları məhdud olan uşaqların tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu da Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyini aydın nümayiş etdirir. Dövlətin iqtisadi siyasətinin sosialyönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət insan amilinə verilən yüksək dəyərin nümunəsidir. Dövlət sağlamlıq imkanları məhdud uşaqları çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir.

Uşaq Bərpa Mərkəzində reabilitasiya planına uyğun olaraq xəstələrin kompleks şəkildə müalicəsi aparılır. Buraya müalicəvi bədən tərbiyəsi, fizioterapiya, masaj, hovuz müalicəsi, psixoterapiya, loqoped işi, əmək terapiyası, musiqi terapiyası və əl əməyi işi aiddir. Tədris-peşə reablitasiyası mərkəzin fəaliyyətində xüsusi əhəmiyyət daşıyır. Burada müəyyən tədris metodikaları həyata keçirilir, musiqi terapiyası aparılır, həmçinin əmək terapiyası əsasında sağlamlıq imkanları məhdud uşaqlara xüsusi vərdişlər aşılanır. Bu kateqoriyadan uşaqlar müxtəlif əl işləri ilə məşğul olaraq xüsusi bacarıq nümayiş etdirirlər. Uşaq Bərpa Mərkəzi mütəmadi olaraq Uşaq Nevroloji Xəstəxanası, Uşaq Klinik Xəstəxanası, Uşaq Ruhi-Əsəb Dispanseri, Protez və Ortopediya Mərkəzi, Əlillərin Bərpa Mərkəzi, həmçinin rayon və şəhər uşaq tibb müəssisələri ilə sıx əlaqə saxlayır. Mərkəz uşaq əlilliyi reabilitasiyası sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi əsasında yeni reabilitasiya metodları hazırlayır və təcrübədə müvəffəqiyyətlə həyata keçirir. Bundan başqa, mərkəzin həkim və tibb personalı vaxtaşırı xarici ölkələrdə təkmilləşmə kursuna cəlb olunur, bilik və bacarıqlarını artırırlar. Uşaq Bərpa Məkrəzində yenidənqurmadan sonra yaradılan şərait sağlamlıq imkanları məhdud insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha nümayiş etdirir. Mərkəzin həyətində geniş yaşıllaşdırma işləri görülüb, uşaqlarım təmiz havada gəzinti və istirahəti üçün bütün şərait yaradılıb.

Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Loading Bars
Xəbər lenti
Çempionlar Liqasında "Bavariya" "Zalsburqa" qalib gəldi və play-off mərhələsinə keçdi
Moskvada koronavirusdan ölənlərin sayı 8 600 nəfəri ötüb
"Mançester Siti" "Olimpiakos"u məğlub edərək 1/8 finala yüksəldi
Qətər əmiri Türkiyəyə səfər edəcək
Ankara Cənubi Qafqazda sülh və sabitlik naminə səylərini davam etdirəcək
Cəbhəboyu ərazilərdə xeyli sayda partlamamış mina və sursat aşkarlanıb
Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil
Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü yayılıb (FOTO/VIDEO)
Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN
Əsgərin sevdiyi qızın anasına müraciəti (VİDEO)
Qələbəyə bir gün qalmış və ya İnqilabın Qəmzəsi... - Şəhidlə olmayan müsahibə (VİDEO)
İranın XİN başçısı Kəlbəcərin işğaldan azad olması münasibətilə Ceyhun Bayramovu təbrik edib
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək
“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb (FOTO/VİDEO)
“Equinor” “Qarabağ” və “Əşrəfi-Dan ulduzu-Aypara” layihələrinin statusu barədə (FOTO)
Dieqo Maradona vəfat edib
Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək
Bank Respublika “Faydalı Cümə” kampaniyasına start verir
22 obyektdə epidemiya əleyhinə rejim pozulub - İqtisadiyyat Nazirliyi
Fransanın hazırkı hakimiyyəti əsl mahiyyətini göstərməyə davam edir - Tamam Cəfərova
Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq
Azərbaycan Ordusu düşməni BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına məcbur etdi - Adil Əliyev
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib
Bakıda qəza: Yolda sıxlıq var
Heç kim həqiqəti ermənilərə anlatmaq gücündə deyil - Deputat
Baş Prokurorluğun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığı uğurla davam etdirilir (FOTO)
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb
Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması təsdiqləndi
Azərbaycan universitetlərinin livanlı məzunları Prezident İlham Əliyevi təbrik ediblər
Azərbaycanda 3 469 nəfər COVID-19-a yoluxub, 1 229 nəfər sağalıb, 30 nəfər vəfat edib
Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycanın siyasi partiyaları Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar
DYP texniki baxışla bağlı sürücülərə müraciət edib
27 il 7 aydan sonra Kəlbəcərimiz vandal, quldur düşmənlərimizdən təmizləndi - Cavid Qurbanov
Azərbaycan enerji sektorunda bazar islahatları üzrə seminar keçirilib (FOTO)
Tərtər rayonunun Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı (FOTO)
Dünya ictimaiyyəti Ermənistanın tarixi və dini abidələrimizin məhvinə yönəlmiş terror siyasətini kəskin şəkildə pisləməlidir - Vüqar Rəhimzadə
Fransa Senatının Rəyasətində qəbul edilən qətnamə layihəsi Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlikdir - Rauf Əliyev
Gəncədə evdən kişi meyiti tapılıb
Müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikiləcək (FOTO)
Bakı Dövlət Universitetinin dekanı COVİD-19-dan ölüb
Şuşada 27 ildən sonra ilk taksimiz (VİDEO)
Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək
Qarabağın turizm potensialı beynəlxalq sərgidə təqdim edilib
Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb
Noyabrın 26-da manatın dollara qarşı məzənnəsi
Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla tələbələrin onlayn görüşü keçirilib (FOTO)
Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı
Lənkəranda sitrus bağlarına qənim kəsilənlər saxlanılıb
AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad edildi - Deputat
Direktor vəzifəsinə işə qəbulla bağlı son 3 ilin nəticələri açıqlandı
Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq - Xidmət rəisi (ÖZƏL)
“Vətən müharibəsində möhtəşəm Qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında tədbirlər keçirilib (FOTO)
Abşeron, Binəqədi və Sabunçu rayonlarına içməli su məhdudiyyətlə veriləcək
Biləsuvarın sabiq icra başçısının məhkəməsi başlayıb
DOST Agentliyi ESSA mükafatçılarının finalçıları siyahısındadır
BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək
Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı
Azərbaycanda iki yeni sitrus meyvəsinin kütləvi yetişdirilməsinə başlanılıb
Azərbaycan Rusiya və Almaniyaya tibbi maska satışına başlayacaq
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri (FOTO/VİDEO)
Dilindən, dinindən asılı olmayaraq hər kəs “Qarabağ Azərbaycandır” dedi - Naqif Həmzəyev
Xilaskar Prezident
Şəmkir sakinindən silah götürülüb (FOTO)
Azərbaycana daha 5 zubr gətirilib (FOTO/VİDEO)
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımalarının həcmi açıqlanıb
Astarada daha 2 koronavirus xəstəsi yaşayış yerini tərk edib
Kəlbəcər sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək
Kəlbəcərin işğaldan azad edilməsi strateji, siyasi və iqtisadi baxımdan böyük qələbədir - Alim
Ödənişləri PAŞA Bank kartı ilə etmək üçün daha bir səbəbiniz var!
Dövlət Gömrük Komitəsinin sədri İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir
Məşhur rusiyalı aktyor koronavirusa yoluxub
Naxçıvan Muxtar Respublikasının statistik göstəriciləri açıqlanıb
Azərbaycan dilinin xarici dil imtahanı kimi ərsəyə gətirilməsi əcnəbi tələbələrin sayının artmasına şərait yaradacaq - DİM sədri
İranda ötən sutka 14 minə yaxın şəxs koronavirusa yoluxub, 469 nəfər ölüb
Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib - Səfir
Nazirlik səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi
Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə
Merkelin iqamətgahına avtomobil çırpıldı - İclas təxirə düşdü (FOTO)
Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan ərazilərimizdən çıxsın - Deputat
Beynəlxalq layihə hazırlanmasa, yoxsul insanların peyvənd əldə etməsi çətin olacaq - Əli Əhmədov
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib
SOCAR və LUKoil əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq? - Rəsmi cavab
Sabahın hava proqnozu açıqlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan
Kəlbəcərin işğaldan azad olunması münasibətilə yürüş keçirilir (FOTO)
Kəlbəcərin azad edilməsi ölkəmiz üçün yeni imkanlar açacaq - Deputat
PAŞA Bank Visa və “Sumqayıt Nəqliyyat” MMC ilə tərəfdaşlıqda Sumqayıt ictimai nəqliyyatında gediş haqqının təmassız ödəniş sistemini təqdim edir
Şabranda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Ali Baş Komandan qətiyyətli mövqeyi ilə bu sevinci bizə yaşatdı - Kəlbəcər sakini (VİDEO)
Azərbaycan tibb elminə ağır itki üz verib
Döyüşdə elə məqam olub ki, Babək Səmidli məni həyata qaytarıb - Korpus komandiri (VİDEO)
Rusiyada koronavirusdan gündəlik ölüm sayı 500-ü keçdi
Azərbaycan nefti bahalaşıb
Azərbaycan Prezidenti: Biz düşməni Şuşadan qovanda su xəttini sıradan çıxarıb., indi Şuşada su yoxdur
Bütün xəbərlər