...

Dövlət müşaviri: İslam daxilindəki həmrəylik islam və digər konfessiyalar arasındakı həmahəngliklə davam etdirilməlidir

Siyasət Materials 13 Yanvar 2017 15:40 (UTC +04:00)
"Biz "İslam Həmrəyliyi İli"ndə həm islam daxilində, həm də islam aləmi ilə digər konfessiyalar arasında olan həmahəngliyi görmək istəyirik".
Dövlət müşaviri: İslam daxilindəki həmrəylik islam və digər konfessiyalar arasındakı həmahəngliklə davam etdirilməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

"Biz "İslam Həmrəyliyi İli"ndə həm islam daxilində, həm də islam aləmi ilə digər konfessiyalar arasında olan həmahəngliyi görmək istəyirik".

Trend-in məlumatına görə, bunu Azərbaycan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2016-cı il “Multikulturalizm İli” elan edilib. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini isə "Multikulturalizm İli”nin məntiqi davamı hesab etmək olar:

"Multikultiralizm İli" bizə bir tərəfdən multikultural ənənələrin işıqlandırılmasına imkan yaratdısa, digər tərəfdən Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa yol açdı".

K.Abdullayev qeyd edib ki, “İslam Həmrəyliyi İli”nin elan edilməsi islam dünyasında baş verən proseslərə nizam gətirmək arzusu ilə bağlıdır.

Dövlət müşaviri hesab edir ki, "İslam həmrəyliyi İli" islam ölkələri daxilində anlaşmanı, nizamlamanı qaydaya salmaq üçün Azərbaycan tərəfindən müəyyən öhdəliklərin həyata keçirilməsi ilə bağlı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti