Pakistan universitetində "Qara Yanvar: Şəhidlikdən Azərbaycanın müstəqilliyinə" mövzusunda seminar keçirilib (FOTO)

Pakistan universitetində "Qara Yanvar: Şəhidlikdən Azərbaycanın müstəqilliyinə" mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

Pakistanın İslamabad şəhərində yerləşən, ölkənin ilk universitetlərindən olan Preston Universitetində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Qara Yanvar: Şəhidlikdən Azərbaycanın müstəqilliyinə” mövzusunda seminar keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tanınmış siyasi xadim, 1999-2002-ci illərdə Pakistanın xarici işlər naziri olmuş Abdul Səttarın ali qonaq kimi qatıldığı, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Şri Lankanın Pakistandakı səfirlərinin, digər ölkələrin diplomatlarının, media mənsublarının, tədqiqatçıların, alim və tələbələrin iştirak etdiyi seminarda Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Pakistanın keçmiş xarici işlər naziri Abdul Səttar, Pakistan Preston Universitetinin rektoru Abdul Basit, Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun prezidenti Asif Nur, Mərdan Qadınlar Universitetinin professoru Adnan Sərvər, Milli Müdafiə Universitetinin Beynəlxalq Əlaqələr İdarəsinin sabiq müdiri, professor Məhəmməd Xan, Mərkəzi Asiya və Qafqaz üzrə ekspert Mahmud-ul-Həsən Xan çıxış etmişlər.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə çıxışında SSRİ rəhbərliyinin ermənipərəst siyasətinə, Dağlıq Qarabağın Ermənistana verilməsi cəhdlərinə və Azərbaycanın nəin bahasına olursa olsun SSRİ-nin tərkibində saxlanılmasına etiraz edərək azadlıq tələb edən Azərbaycan xalqına qarşı Sovet qoşunları tərəfindən 19-20 yanvar 1990-cı il tarixində törədilən cinayətin Azərbaycanın müstəqilliyə qovuşmasına mane ola bilmədiyini, əksinə, Azərbaycan xalqını birləşdirdiyini və azadlıq istəyini daha da alovlandırdığını və Azərbaycanın sonda müstəqilliyini yenidən bərpa etdiyini qeyd etmişdir. O, həmin dövrdə hətta informasiya blokadasında saxlanılan Azərbaycanın haqq səsinin ümummilli lider Heydər Əliyevin etiraz bəyanatları nəticəsində dünya ictimaiyyətinə çatdırıldığını, dünya ictimaiyyətinin diqqətinin bu qətliama cəlb olunduğunu vurğulamışdır. Səfir müstəqilliyini yenidən bərpa etdikdən sonra Pakistanın Azərbaycanı ilk tanıyan ölkələrdən biri olduğunu və təcavüzkar Ermənistanı bir dövlət kimi bugünədək tanımadığına görə, Pakistan dövlətinə və xalqına təşəkkür etmişdir.

Tanınmış diplomat və siyasi xadim, sabiq xarici işlər naziri Abdul Səttar çıxışında Azərbaycanın dünyanın qədim mədəniyyətə malik ölkələrindən, eyni zamanda İslam mədəniyyətinin təmsilçilərindən olduğunu, böyük Nizami Gəncəvinin vətəni olduğunu, burada azadlıq ideyalarının həmişə üstün tutulduğunu, böyük mədəni, elmi və iqtisadi potensiala, müdrik rəhbərlərə malik Azərbaycanın öz azadlığı uğrunda mühüm fədakarlıqlar etdiyini bildirmişdir. Natiq 20 yanvar qırğınının Azərbaycan xalqının azadlıq əzmini qıra bilmədiyini, lakin müstəqilliyini qazanan Azərbaycanın Ermənistanın işğalı ilə üzləşdiyini vurğulamışdır. Buna baxmayaraq, uzaqgörən liderlərin rəhbərliyi altında Azərbaycanın müstəqilliyini qoruyaraq, regionun və dünyanın ən sabit ölkələrindən olmağı bacardığını, həm qonşularla, həm də şərq və qərb ölkələri ilə yaxşı münasibətlər yaratdığını qeyd etmişdir.

Preston Universitetinin rektoru Abdul Basit 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki mühüm rol oynadığını, mədəni və iqtisadi resurslara sahib olan Azərbaycanın gündən-günə dünyada öz mövqeyini möhkəmlətdiyini qeyd etmişdir.

İslamabadda fəaliyyət göstərən Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun prezidenti Asif Nur nitqində 20 Yanvar faciəsinin Azərbaycan siyasi tarixinin önəmli səhifələrindən biri olduğunu, SSRİ rəhbərliyinin təcavüzkarlıq və qəddarlığının Azərbaycan xalqının azadlıq istəyini daha da gücləndirdiyini qeyd etmişdir.

Mərdan Qadınlar Universitetinin professoru Adnan Sərvər yenidənqurma ideyaları ilə humanist görüntü verən Qorbaçov hakimiyyətinin Azərbaycan xalqının təbii hüquqlarını qan içində boğmağa çalışmasını imperiya siyasətinin bariz təzahürü kimi qiymətləndirmiş, 150 il ərzində çar Rusiyası və SSRİ-nin tabeliyində yaşamağa məcbur olan Azərbaycan xalqının əsarətlə barışmadığını, sonda azadlığına qovuşduğunu diqqətə çatdırmışdır.

Mərkəzi Asiya və Qafqaz üzrə ekspert Mahmud-ul-Həsən Xan müstəqillik tələb edən Azərbaycan xalqına qarşı qadın, uşaq, yaşlı fərqi qoymadan həyata keçirilən 20 Yanvar qətliamının əslində dünya coğrafiyası və tarixinin dəyişməsinə səbəb olduğunu, SSRİ-nin dağılmasını və Azərbaycanın müstəqil olmasını şərtləndirdiyini ifadə etmişdir.

Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr idarəsinin sabiq müdiri, professor Məhəmməd Xan, 1828-ci ildən etibarən işğal altında olsa da Azərbaycan xalqının heç zaman əsarəti, yadların siyasi və mədəni hökmranlığını qəbul etmədiyini, özünün mədəniyyətini, dilini və milli mənliyini qoruduğunu, 1918-ci ildə qazandığı müstəqilliyini yenidən əldə etmək üçün mübarizəsini davam etdirdiyini, Sovet İmperiyasının məhz bu azadlıq duyğularını boğmaq üçün 20 Yanvar qırğınını törətdiyini, lakin cəsur Azərbaycan xalqının 1991-ci ildə yenidən müstəqilliyinə qovuşduğunu çatdırmışdır. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, həmin tarixdən iki xalq və dövlət arasında qarşılıqlı dostluq və mehribanlığın bərqərar edildiyini vurğulamışdır.

Seminarda Azərbaycana və 20 Yanvar faciəsinə dair iştirakçıları maraqlandıran suallar da cavablandırılmış və 20 Yanvar hadisələrinə dair sənədli film də nümayiş etdirilmişdir.

Seminarın keçirildiyi zalın foyesində 20 Yanvar hadisələrinə dair foto-stendlər, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallar da sərgilənmiş, tələbələr arasında yayılmış və iştirakçılara paylanmışdır.

Konfrans iştirakçılar tərəfindən maraqla qarşılanmış və iştirakçılar üçün təşkil olunan çay süfrəsi ilə başa çatmışdır.

TamKartla yeni fürsətlər
TamKartla yeni fürsətlər
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 7 873 nəfər sağalıb
Sakit Okeanda 8,0 bal gücündə zəlzələ olub
Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib (FOTO)
Hərbi helikopterin qəzaya uğraması nəticəsində Türkiyə ordusunun generalı həlak olub (ƏLAVƏ OLUNUB)
Azərbaycan COVAX çərçivəsində vaksinlərin əldə edilməsi ilə bağlı ÜST-ün qeydi ilə razı deyil - Agentlik
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
AQTA quş qripi xəstəliyi üzrə simulyasiya təlimi keçirib (FOTO)
Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib (FOTO)
Pakistanla hərbi əməkdaşlıq Silahlı Qüvvələrimizin inkişafına təkan verəcək - Ekspert
Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır
Hansı halda məktəblər bağlana bilər? - Ekspert açıqladı
Mingəçevir Dövlət Universitetinin rektoru gələcəyin hüquqşünasları ilə görüşüb
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
"WhatsApp"da yeni funksiya işə salınıb
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
MDB PA-nın komissiya iclasları keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər
Paytaxt yollarında sıxlıq var - Avtobuslar gecikir (FOTO)
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub
Prezident İlham Əliyev: Ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edib
Prezident İlham Əliyev: Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik
Prezident İlham Əliyev: Biz indi gələcək haqqında düşünürük
Zəngilan rayonunun Keçikli kəndi (VİDEO)
Azərbaycan Prezidenti: Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi
Prezident İlham Əliyev: Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir
Ukraynada koronavirusun "Britaniya ştammı" qeydə alınıb
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Onlayn yolla narkotik vasitələr satan şəxslər saxlanıldı (FOTO/VİDEO)
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib (YENİLƏNİB-2) (FOTO)
Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Yasamalda on min manatlıq mobil telefon oğurlandı (FOTOVİDEO)
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Yaponiyanın səfiri Gəncədə rəsmi səfərdədir (FOTO)
Avropada koronavirusa yoluxma halları artıb - ÜST
Aİİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” adlı vebinar keçirilib (FOTO)
“AccessBank” tender elan edir
Ağsuda Vətən müharibəsinin 20 şəhid və qazi ailəsinə baş çəkilib
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi (FOTO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan həqiqətləri dünya mediasında (FOTO)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Zamir Qədimov (FOTO)
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib (FOTO)
Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından magistratura imtahanlarında yüksək nəticə
YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb
Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Əfv komissiyasının iclası keçirilir
Bakıda yeni zavod istifadəyə veriləcək
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
AzMİU-da azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulması müzakirə olunacaq
İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb
Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir
Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
Bakıda marşrutların 48 faizi kartla ödənişə keçib - BNA
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb - Trend TV-nin reportajı
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Yaralı halda şəhid yoldaşımı kilometrlərlə daşıdım - Qazi
Ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər – Deputat
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Özünüməşğulluğun təşkilində Həmkarlar İttifaqları Konfederasiyası ilə də əməkdaşlıq ediləcək
Ötən gün Azərbaycanda 24 mindən çox insan vaksinasiya olunub
Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib
Magistraturaya imtahanda cəmi 1 nəfər bütün suallara düzgün cavab verib
Bu il magistraturaya imtahanda yüksək bal toplayanların sayı artıb - DİM
Ötən il ölkəyə ən çox idxal olunan məhsullar açıqlanıb
Bütün xəbərlər