...

Bu ay Bakıda Xəzərin statusu üzrə görüş keçiriləcək (YENİLƏNİB)

Siyasət Materials 20 Yanvar 2017 10:59 (UTC +04:00)
Yanvarın sonunda Bakıda Xəzər dənizinin hüquqi statusu üzrə görüş keçiriləcək.
Bu ay Bakıda Xəzərin statusu üzrə görüş keçiriləcək (YENİLƏNİB)

Bakı. Hüseyn Vəliyev - Trend:

Yanvarın sonunda Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun növbəti iclası keçiriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfovun sözlərinə görə, bütün ölkələr iştirak edəcəklərini təsdiqləyiblər: "İşçi qrupunun bu iclası nazirlərin görüşünə hazırlıq xarakteri daşıyır".

Nazir müavini qeyd edib ki, bununla yanaşı, Konvensiya layihəsinin hazırlanması üzərində iş aparılacaq, eləcə də açıq qalan məsələlər üzrə müzakirə olunacaq:

"Həmçinin gündəliyə 2017-ci ildə sammitin keçirilməsinə hazırlıq məsələsinin müzakirəsi daxil edilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti