...

Səfir: Türkiyə və Azərbaycanın bir daha ayrı qalmasına imkan verməyəcəyik

Siyasət Materials 24 Yanvar 2017 18:54 (UTC +04:00)
Türkiyə və Azərbaycanın bir daha ayrı qalmasına imkan verməyəcəyik.
Səfir: Türkiyə və Azərbaycanın bir daha ayrı qalmasına imkan verməyəcəyik

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə və Azərbaycanın bir daha ayrı qalmasına imkan verməyəcəyik.

Trend-in məlumatına görə, Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr edilmiş tədbirdə çıxış edərkən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür.

Diplomat bildirib ki, iki ölkənin qardaşlıq əlaqələri hər zaman davam edəcək.

E.Özoral deyib ki, Bakı və Ankara arasında münasibətlər gələcəkdə də inkişaf edəcək.

Həmçinin tədbirdə deputat Əhliman Əmiraslanov çıxış edərək iki ölkənin münasibətlərinin əhəmiyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti