...

Azərbaycanla Mali arasında əməkdaşlıq perspektivləri müzakirə edilib (FOTO)

Siyasət Materials 27 Yanvar 2017 12:46 (UTC +04:00)
Azərbaycanın Afrika İttifaqı yanında Daimi nümayəndəsi Malinin xarici işlər naziri ilə görüşüb.
Azərbaycanla Mali arasında əməkdaşlıq perspektivləri müzakirə edilib  (FOTO)

Bakı. Trend:

Azərbaycanın Afrika İttifaqı yanında Daimi nümayəndəsi, səfir Elman Abdullayev Afrika İttifaqının 28-ci Zirvə Görüşü çərçivəsində Malinin xarici işlər, Afrika inteqrasiyası və beynəlxalq əməkdaşlıq üzrə naziri Abdulaye Diopla görüşüb.

Azərbaycanın Efiopiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq perspektivləri müzakirə edilib, iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkaşlıqdan məmnunluq ifadə olunub.

Həmçinin, görüşdə tərəflər arasında səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyi qeyd edilərək, hüquq-müqavilə bazasının yaradılması üçün müvafiq addımların atılmasına dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti