Azay Quliyev: Cəzaların humanistləşdirilməsi Azərbaycan dövlətinin və Prezidentinin humanist siyasətinin uğurlu davamıdır

Azay Quliyev: Cəzaların humanistləşdirilməsi Azərbaycan dövlətinin və Prezidentinin humanist siyasətinin uğurlu davamıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli sərəncamı Azərbaycanın hüquq sistemində yeni bir yanaşmanın əsasını qoydu.

Bunu Trend-ə millət vəkili, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev deyib.

A.Quliyev qeyd edib ki, cəza siyasətinin humanistləşdirilməsi bu sahədə bir inkişaf mərhələsi olacaq: "Mən bunu çox yüksək qiymətləndirirəm. Birinci növbədə onu qeyd etmək lazımdır ki, azadlıqdan məhrumetmə cəzasına alternativ cəzalar müəyyənləşdiriləcək. Bu o deməkdir ki, əgər indiyə qədər hər hansı bir cinayətə görə mütləq azadlıqdan məhrumetmə cəzası tətbiq olunurdusa, indi buna alternativ cəza düşünüləcək. Bu, şərti cəza və ya digər alternativ cəzalar ola bilər. İkinci məsələ ondan ibarətdir ki, həbs qətimkan tədbirlərinə də müəyyən alternativ tədbirlər nəzərdə tutulacaq. Elə cinayətlər var ki, onlarla bağlı dərhal həbs qətimkan tədbiri görülür, indi isə, məsələn, girov müqabilində həbs qətimkan tədbirinin dəyişdirilməsi, yaxud ev dustaqlığının verilməsi kimi alternativ cəzaların tətbiqi üzərində işləniləcək".

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev öz sərəncamı ilə Milli Məclisə tövsiyə edib və aidiyyəti qurumlara tapşırıqlar verib ki, Azərbaycan qanunvericiliyinə yeniliklər gətirilsin, ümumiyyətlə, yeni qanun layihələri işlənib hazırlansın: "Həmin qanun layihələri ilə xüsusilə ictimai təhlükə törətməyən cinayətlərin, o cümlədən iqtisadi cinayətlərin dekriminallaşdırılması həyata keçirilməlidir. Yəni hər hansı iqtisadi cinayətə görə əvvəllər azadlıqdan məhrumetmə cəzası tətbiq olunurdusa, indi artıq buna alternativ düşünüləcək. Digər mühüm məqamlardan biri budur ki, Azərbaycanda yeni bir xidmət yaranacaq - Ədliyyə Nazirliyinin Probasiya Xidməti. Penitensiar Xidmətdən fərqli olaraq, bu xidmət şərti və alternativ cəzaların çəkilməsinə nəzarəti həyata keçirəcək. Göründüyü kimi, bunun da müəyyən mexanizmləri hazırlanıb".

A.Quliyev vurğulayıb ki, ən mühüm dəyişikliklərdən biri də ilk dəfə olaraq Azərbaycanda istintaq altında olan şəxslərə elektron nəzarət sisteminin tətbiqi olacaq: "Belə təcrübə bir çox ölkələrdə var. Bu, müxtəlif texniki vasitələrin köməyi ilə həmin şəxslərin rahatlıqla nəzarətdə saxlanmasına imkan verəcək".

Millət vəkili əlavə edib ki, bütövlükdə Azərbaycanda cəzaların humanistləşdirilməsi Azərbaycan dövlətinin və Prezidentinin humanist siyasətinin uğurlu davamıdır: "Bu, cəmiyyətdə ictimai barışa, sülh və əmin-amanlığa, vətəndaş və dövlət arasında münasibətlərin inkişafına böyük töhfə verməyə, hər hansı bir səbəbdən cinayət, xüsusilə böyük ictimai təhlükə törətməyən cinayət işləmiş şəxslərin cəmiyyətdən təcrid olunmasını minimuma endirməyə imkan verəcək. Əfv Komissiyasının üzvü kimi deyə bilərəm ki, bu, bütövlükdə Azərbaycanda məhkumluq həyatı yaşamış vətəndaşların gələcəkdə belə bir səhv etmədən, normal həyata qovuşaraq fəaliyyətini davam etdirməsi üçün yeni bir stimul yaradacaq. Bütün bunlar Azərbaycan dövlətinin humanist siyasətinin təntənəsi olacaq".

Zığda 20 ton zeytun yığılıb
Zığda 20 ton zeytun yığılıb
Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib (FOTO)
Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib (FOTO)
Füzuli Hava Limanına beynəlxalq status verilib
Füzuli Hava Limanına beynəlxalq status verilib
Loading Bars
Xəbər lenti
Erməni təxribatları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Gecikdirilmiş 851,9 min manatın işəgötürənlər tərəfindən işçilərə ödənməsi təmin edilib
MDU-nun tərəfdaşlıq etdiyi EQAC Erasmus+ layihəsinin yekun konfransı keçirilib (FOTO)
Tarif Şurası qazın və işığın qiymətinə dəyişiklik etdi
Azad edilmiş ərazilərdə bərpa işləri Azərbaycanın çiçəklənməsinin yeni dövrünə çevriləcək - Fələstin səfiri
Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlanıb
Qarabağın işğaldan azad olunması su probleminin həllinə böyük dəstək oldu - Vüqar Kərimov
Ermənistan ərazisindən keçib gələn çaylarımız çirkləndirilir - Nazir müavini
30 il müddətində Ermənistanın işğalı altında olan ərazilərimizdə böyük narkotik plantasiyaları salınıb - Deputat
İki milli park və iki qoruğun direktoru vəzifəsindən azad edilib (ÖZƏL)
Türkiyədə Ərdoğanla Merkelin görüşü keçirilir
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adlar verdi
Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM
Burada gördüyümüz dağıntılar təbiətə qarşı barbar münasibətin sübutudur - Qırğızıstan səfiri
LDU-da 18 oktyabr - Dövlət Müstəqilliyimizin Bərpası Günü Elmi-nəzəri konfransla qeyd edilib (FOTO)
Rusiyada koronavirusdan ölənlərin gündəlik sayı mini keçib
Göyçayda toy təşkilatçısı cərimələnib (FOTO)
ABŞ-da futbol matçından sonra atışma olub, yaralılar var
Zığda 20 ton zeytun yığılıb
Türkiyədə rusiyalı turistləri aparan avtobus aşıb
Zəngilanda payız mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub - Firdovsi Əliyev
Hikmət Hacıyev: Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır (ÖZƏL)
İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb - Nazir müavini
Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib (FOTO)
Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Fransa ilə sənədin imzalanması nəzərdə tutulur
Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirir (VİDEO)
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb - Müstəqim Məmmədov
Son 25-30 ildə hər hansısa dövlət tərəfindən post-münaqişə dövründə bu miqyasda yenidənqurma işləri həyata keçirilməyib - Hikmət Hacıyev
Ağstafada dələduzluq edən “falçı” saxlanılıb (FOTO)
Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı məhsulları ilə də məşhur olacaq - Cahit Bağçı
Universitet prorektoru vəfat edib
Bazar günü hava necə olacaq?
DSX İranla sərhəd ərazidə narkotik aşkarlayıb (FOTO)
Budəfəki səfərimizdə biz artıq azad olunmuş ərazilərdə quruculuq işləri ilə də tanış oluruq - Hikmət Hacıyev (FOTO)
Füzuli Hava Limanına beynəlxalq status verilib
İki mindən çox qaziyə əlillik və sosial ödənişlər təyin edilib
İndoneziyanın turizm bölgəsində zəlzələ olub - Ölənlər var
Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb (FOTO)
Bədii gimnastika və idman gimnastikası üzrə dünya çempionatlarında Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb
Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi - Hikmət Hacıyev (FOTO)
Şəhidi təhqir edən şəxs 15 sutkalıq həbs olunub
Bakıda ticarət mərkəzindəki yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Masallıda evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
ETSN media nümayəndələri ilə yeni layihəyə start verib
Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü ilə bağlı konsert keçirilib (FOTO)
Albaniyada hoteldə 4 turistin meyiti tapılıb
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edib - Deputat
Qazax sakinindən narkotik götürülüb (FOTO)
Şəhid baş leytenant Daşdəmir Paşayevin xatirəsi anılıb (FOTO/VİDEO)
"Taliban"ın nümayəndə heyəti Özbəkistana səfər edib
Azərbaycan ərazilərini azad etməklə Ermənistanla İranın narkotik biznesinin də qarşısını aldı - Deputat
Nərimanov rayonunda hərəkət məhdudlaşdırılıb, avtobusların yolu dəyişdirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb
Sabirabadda 4 otaqlı ev yanıb
Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
Qazaxıstanda koronavirusa daha 1 900 nəfər yoluxub
Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb (FOTO)
Yaponiyanın yeni baş naziri ABŞ-a səfər etmək istədiyini bildirib
Borrel nüvə problemi üzrə İranla danışıqlara hazırdır
İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Meksika Konqresi Azərbaycan xalqını təbrik edib (FOTO)
BMT Təhlükəsizlik Şurası Haitidəki missiyanın müddətini uzadıb
Türkiyə Suriyadakı terrorçulara qarşı bütün lazımi addımları atacaq - Ərdoğan
Türkiyədə son sutkada koronavirusdan 25 513 nəfər sağalıb
FIFA Əfqanıstandan 100 nəfəri təxliyə edib
Messisiz PSJ "Anje" üzərində qələbə qazandı
Şəmkirdə birmərtəbəli ev yanıb
Böyük Britaniyada deputatı kilsədə bıçaqlanaraq öldürülüb
İrandan Ermənistana, oradan isə Avropaya gedən narkotik marşrutunun qarşısı Azərbaycan tərəfindən alındı - Deputat
Zəfər xronikası 16 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 16 oktyabr
Dağıstanda avtobus minik avtomobili ilə toqquşub, ölənlər var
Dövlət Əmək Müfəttişliyi Xidməti: 18 oktyabr iş günüdür
Bitkoinin qiyməti 60 min dolları keçib
Türkiyədə 2 PKK terrorçusu zərərsizləşdirilib
"Formula 1" üzrə növbəti Azərbaycan Qran Prisinin keçiriləcəyi tarix bəlli oldu
İranda son sutkada 197 nəfər koronavirusdan ölüb
Ermənistan yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır - MN
Azərbaycanın iqtisadi artım sürəti 4,8 faizə çatıb
Daha 23 ölkənin vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verildi
Prezident İlham Əliyev "Müstəqillik Günü haqqında" Qanunu imzaladı
Ceyhun Bayramov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)
Mədəniyyət naziri Anar Kərimov “Anadolu” Agentliyinə müsahibə verib (VİDEO)
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festifalı keçirilir (FOTO)
Gəncədə fitosanitar monitorinqlər aparılıb
Böyük Britaniya ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub (FOTO)
Seçicilərlə görüşü zamanı bıçaqlanan britaniyalı deputat öldü (ƏLAVƏ OLUNUB)
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir (VİDEO)
AQTA daha iki müəssisədə nöqsanlar aşkarladı
Oktyabrın 18-nə USD/AZN rəsmi məzənnəsi
Multikulturalizm Mərkəzində müstəqilliyin bərpası günü qeyd edilib (FOTO)
"Azəriqaz"da payız-qış rejiminə hazırlıq işləri yekunlaşıb - Ruslan Əliyev
Milli parkın ərazisində ov edən şəxslər 4 min manat cərimələndi
Baş direktor "Azəriqaz"a ən çox edilən şikayətlərdən danışdı
“Old Spice” və “Neftçi” tərəfdaşlıq haqda müqavilə imzalayıb
Noyabrda neçə gün iş olmayacaq?
Rusiyadan idxal olunan 70 tona yaxın toxumluq kartof məhv edilib
Bakı və Abşeron ərazisi 2023-cü ildə tam qazlaşdırılacaq
Bütün xəbərlər