Bakı. Trend:
Xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avstriyanın xarici işlər naziri Sebastian Kurts və ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.
XİN-dən Trend-ə verilən məlumata görə, görüş əsnasında nazirlər bu il Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu diqqətə çatdırıblar.
Tərəflər ATƏT-ın gündəliyində duran məsələlər və Fəaliyyətdə olan sədr kimi Avstriyanın prioritetləri barəsində fikir mübadiləsi aparıblar.
Görüşdə ATƏT-in Yerevan ofisi ilə əlaqədar olan məsələlər müzakirə olunub. Nazir E.Məmmədyarov ATƏT-in Yerevan ofisinin mandatına zidd fəaliyyəti barəsində Azərbaycanın narahatlığı və mövqeyini bir daha həmsöhbətlərin nəzərinə çatdırıb.