...

Həmsədr: Təmas xəttində son hadisələr danışıqları bir daha zəruri edir

Siyasət Materials 1 Mart 2017 09:39 (UTC +04:00)
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son hadisələr regionda təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi istiqamətində tərəflər arasında danışıqların başlanmasının vacibliyini bir daha gündəmə gətirir.
Həmsədr: Təmas xəttində son hadisələr danışıqları bir daha zəruri edir

Bakı. Anaxanım Hidayətova - Trend:

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son hadisələr regionda təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi istiqamətində tərəflər arasında danışıqların başlanmasının vacibliyini bir daha gündəmə gətirir.

Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

Diplomat qeyd edib ki, həmsədrlərin 25 fevral tarixli bəyanatında atəşkəs rejminə hörmət edilməsi ilə bağlı çağırış bir daha səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin 25 fevralda yaydığı məlumatda bildirilirdi ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var. İrəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir. Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti