...

Kasperski Azərbaycana gələcək (ÖZƏL)

Siyasət Materials 3 Mart 2017 17:20 (UTC +04:00)
“Kasperski Laboratoriyası” şirkətinin rəhbəri Yevgeni Kasperskinin Azərbaycana səfəri gözlənilir.
Kasperski Azərbaycana gələcək (ÖZƏL)

Bakı. Hüseyn Vəliyev - Trend:

İyun ayında “Kasperski Laboratoriyası” şirkətinin rəhbəri Yevgeni Kasperskinin Azərbaycana səfəri gözlənilir.

Bu barədə Trend-ə şirkətin vitse-prezidenti və korporativ məsələlər üzrə rəhbəri Veniamin Levtsov deyib.

Onun sözlərinə görə, hazırda səfərin proqramı üzərində işlər gedir.

Şirkət nümayəndəsi Azərbaycanda telekommunikasiya şirkətləri, banklar və SOCAR ilə görüşlərin keçirildiyini də bildirib.

V.Levtsov qeyd edib ki, əsas prioritet dövlət qulluqçuları və tələbələrin kompüter biliklərinin artırılması üzrə milli proqramın hazırlanması olmalıdır.

Vitse-prezident əlavə edib: "Hazırda hər hansı sazişin imzalanması üzərində işləyirik. Bunun çərçivə sazişi olacağı istisna deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti