Mübariz Qurbanlı: Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində cəmiyyətin yeni mərhələyə transformasiya prosesi başladı

Mübariz Qurbanlı: Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində cəmiyyətin yeni mərhələyə transformasiya prosesi başladı

Bakı. Trend:

Ulu öndər Heydər Əliyevin Azərbaycanda 1993-cü ildə hakimiyyətə qayıdışı sayəsində islahatlar yolu ilə cəmiyyətin yeni bir mərhələyə transformasiya prosesi başladı. Azərbaycanda aparılan islahatların konseptual əsasları və başlıca hədəfləri Heydər Əliyev tərəfindən müəyyən edilərək böyük işlər həyata keçirildi. Əlbəttə, SSRİ-nin dağılması ilə müstəqillik əldə edən digər respublikalar kimi, ölkəmizdə də bütün istiqamətlərdə, xüsusilə, dövlət quruculuğu sahəsində islahatların aparılmasına mane olan amillər var idi.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı rəsmi mətbuatda dərc olunan məqaləsində deyib.

O bildirib:

"Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların işğal olunması, məcburi köçkünlərin problemləri, iqtisadi tənəzzül, daxildəki dağıdıcı qrupların antimilli fəaliyyəti və digər bu kimi faktorlar ölkədə islahatların keçirilməsinə imkan vermirdi. Bütün maneə və çətinliklərə baxmayaraq, ulu öndərin qətiyyətli addımları sayəsində qısa müddətdə Azərbaycanda geniş islahatlar proqramının həyata keçirilməsinə başlanıldı. İslahat - qanun çərçivəsində, doğru zamanda həyata keçirilən dəyişiklikdir və zərurətdən yaranır. Onun vaxtında aparılmaması isə cəmiyyəti durğunluğa sürükləyir, bütün sahələrini ətalətdə saxlayır. Ulu öndərin islahatlar strategiyası bir neçə istiqaməti əhatə edirdi. Buraya iqtisadi-siyasi sahədə islahatlar, milli-mənəvi dəyərlərin qorunması, xalqı vahid ideya ətrafında birləşdirəcək azərbaycançılıq ideologiyasının formalaşdırılması daxil idi. Müstəqilliyin bərpasının ilk illərində digər postsovet ölkələri kimi Azərbaycan da ciddi iqtisadi problemlərlə üz-üzə qalmışdı. Belə ki, sovet sistemindən bazar iqtisadiyyatına keçidin qeyri-peşəkar şəkildə aparılması sosial-iqtisadi vəziyyəti, maliyyə problemlərini daha da dərinləşdirirdi. İnzibati amirlik prinsipinə söykənən sovet sisteminin iflasından sonra yeni bir mərhələ - keçid dövrü mərhələsi başlanmışdı və bu mərhələdə bir sıra vəzifələri yerinə yetirmək mütləq idi. Bunun üçün əvvəlcə dağılmaqda olan iqtisadi sistemin əsasını təşkil edən mülkiyyət tipi dəyişdirilməli, mülkiyyət çоxnövlüyü əsasında yeni təsərrüfat formaları yaradılmalı, idarəetmə mexanizmi və strukturları yenidən qurulmalı, bölgü münasibətləri, maliyyə və bank sistemi yeni əsaslar üzərində formalaşdırılmalı, xarici iqtisadi əlaqələr qurulmalı, ən başlıcası isə yaradılmaqda olan sistem üçün yeni təfəkkürlü kadrlar hazırlanmalı idi".

M.Qurbanlı bildirib ki, iqtisadiyyatın sürətli çöküşü isə davam etməkdə idi - 1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən 2 dəfədən çox artdığı halda, növbəti illərdə bu artım bir neçə dəfə sürətlənmişdi:

"1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10 dəfə, 1993-cü ildə 1992-ci ilə nisbətən 12 dəfə artmış, 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı üzrə real gəlirlərinin səviyyəsi 8 dəfə azalmışdı. Bu hal iqtisadi tənəzzülü xeyli sürətləndirmiş və inflyasiya özünün ən yüksək səviyyəsinə - hiperinflyasiya həddinə çatmışdı. İstehsalın kəskin şəkildə azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi neqativ amillər və dövlət xərclərinin, əməkhaqqı səviyyəsinin bir neçə dəfə artırılması, düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından, inflyasiyanı daha da sürətləndirirdi. Ümumiyyətlə, iqtisadi tənəzzül dövrü kimi xarakterizə edilən bu dövrdə aparılmış sistemsiz iqtisadi islahatlar nəticəsində maliyyə-bank sistemi iflic vəziyyətə düşdü, büdcə kəsirinin ÜDM-ə nisbəti 13 faizə çatdı. O dövrdə büdcə kəsiri Milli Bank tərəfindən maliyyələşdirilirdi ki, bu da pul kütləsinin həddindən çox artması ilə nəticələndi. Milli valyuta - manat tezliklə qiymətdən düşməyə başladı, əhalinin real pul gəlirləri kəskin şəkildə azaldı. Ölkənin 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız ümummilli lider Heydər Əliyevə etibar etdi. Xalqın tələbi və təkidi ilə hakimiyyətə qayıdan ulu öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtarmaqla adını tarixdə əbədiləşdirdi".

Komitə sədri qeyd edib ki, zəngin dövlətçilik təcrübəsi olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi:

"Qarşıya qoyduğu məqsədlərə öz dönməz qətiyyəti ilə nail olan ulu öndər xəyalındakı Azərbaycanın portretini hələ 1997-ci ildə çəkmişdi: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüququn aliliyinin təmin olunması əsas vəzifəmizdir”. Qısa müddətdə “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyataxtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və məcəllələrin layihələri hazırlandı, nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi. İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli liderin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası dəqiqliklə müəyyən edildi, insan hüquqları məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, o cümlədən Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Onun uzaqgörən siyasəti və gərgin fəaliyyəti sayəsində ölkəmizin sosialiqtisadi inkişafı istiqamətində mühüm addımlar atıldı. Həyata keçirilən islahatlar nəticəsində sərbəst bazar münasibətlərinə əsaslanan və sosialyönümlü iqtisadi sistemin formalaşdırılması, ölkədə mövcud olan təbii iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası təmin edildi. Ölkə iqtisadiyyatında davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu islahatlar mahiyyət etibarı ilə inkişafın yeni - Azərbaycan modelini yaratdı. Müdrik dövlət xadimi olan ulu öndər Heydər Əliyev ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə edərkən deyirdi: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

O deyib ki, Azərbaycanda özəlləşdirmənin ilk addımları 1992-ci ilə - Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu dövrə təsadüf edir:

"Həmin il Muxtar Respublikada kolxoz və sovxozların çox hissəsi ləğv edilərək onların əmlakı təsərrüfat üzvləri arasında paylandı. Bu proses qısa müddətdə öz müsbət nəticəsini verərək, xüsusilə heyvandarlıqda məhsuldarlığın artmasına şərait yaratdı. Ölkədə kütləvi özəlləşdirməyə isə “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanun qəbul edildikdən sonra start verildi. Lakin o dövrdə ölkədə gedən proseslər, bir tərəfdən Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın işğalı, digər tərəfdən hakimiyyət uğrunda silahlı münaqişələr özəlləşdirmənin başlanmasına imkan vermirdi. Özəlləşdirmənin gecikməsinin əsas səbəblərindən biri də müvafiq Qanunun olmasına baxmayaraq, bu prosesi tənzimləyən dövlət proqramının, vacib normativ-hüquqi sənədlərin vaxtında hazırlanmaması, özəlləşdirmədə prioritet istiqamətlərin və ardıcıllığın müəyyən edilməməsi idi. Yalnız 1995-ci ilin martında ölkədə ictimai-siyasi sabitlik təmin edildikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməli tədbirlər haqqında” Fərman bu prosesə təkan verdi. Qısa müddətdə - 1995-1998- ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı və çoxsaylı normativ-hüquqi sənədlər hazırlanıb qəbul edildi. Azərbaycan Respublikasının bütün vətəndaşlarına özəlləşdirmənin başlanğıcında bərabər start şəraiti yaratmaq və əhalinin özəlləşdirmə prosesində iştirakını həvəsləndirmək məqsədilə onlara dörd çekdən ibarət olan 7,5 milyona yaxın özəlləşdirmə payı verildi. Bununla da, ölkə əhalisi özəlləşdirmədə pulsuz iştirak etmək hüququ qazanmışdı. Əsasən kiçik özəlləşdirməni əhatə edən birinci mərhələdə ticarət, xidmət, iaşə obyektləri, sənayenin müxtəlif sahələrində, tikintidə, nəqliyyatda fəaliyyət göstərən yüzlərlə kiçik müəssisə hərraclarda satıldı. Eyni zamanda yeyinti, taxıl məhsulları, quşçuluq, mebel, tikinti, ticarət sahələrində, sanatoriya-kurort və mehmanxana təsərrüfatında minə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərə çevrildi. Proqrama uyğun olaraq, yanacaq-energetika, metallurgiya, maşınqayırma, kimya və neft-kimya sənayesində, nəqliyyat və rabitə sahəsində iri müəssisələr özəlləşdirməyə açıq elan edildi".

M.Qurbanlı vurğulayıb ki, özəlləşdirmənin ikinci mərhələsində dövlətin siyasəti özəlləşdirmənin bütün üsullarından geniş istifadə etməklə, o cümlədən iri müəssisələrin əsasən investisiya müsabiqələri və fərdi layihələr üzrə özəlləşdirilməsi yolu ilə ölkəyə daha çox sərmayə cəlb olunmasına, Azərbaycanın iqtisadi potensialının daha da güclənməsini təmin etməyə yönəlmişdi:

"Beləliklə, 1995-ci ildən başlayaraq bazar iqtisadiyyatına keçid istiqamətində aparılan tədbirlər, o cümlədən kütləvi özəlləşdirmə prosesi ölkədə sahibkarlığın inkişafına böyük təkan verdi. İqtisadiyyatın inkişafı üçün azad sahibkarlığın bərqərar olması vacib şərtlərdən biri idi. Bu sahədə 1993-cü ildə təsdiq edilmiş “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)’’ Dövlət Proqramını xüsusi qeyd etmək lazımdır. Belə ki, Azərbaycan xalqının xarakterinə və istedadına yaxşı bələd olan ümummilli lider ölkədə sahibkarlığa geniş imkanlar veriləcəyi təqdirdə meydana çıxacaq sahibkarların qısa müddətdə iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevriləcəyini böyük uzaqgörənliklə müəyyənləşdirmişdi. Əlbəttə, Qərbin təcrübəsini olduğu kimi ölkəyə gətirmək, bazarın inkişafı naminə olsa belə, yaxşı bir şey vəd etmirdi. Bazar strukturlarının özü də, institutları da Azərbaycanın özünəməxsus şəraitinə uyğunlaşdırılmalı idi.

O deyib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi sahəsindəki misilsiz xidmətlərindən biri də özündən sonra dövlətçilik irsinin daimiliyini təmin edəcək, qüdrətli varis və lider yetişdirməsidir:

"Ötən 14 ildə ulu öndərin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha aydın görünür. Ölkə başçısı özünün dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs, o cümlədən xalqı vahid ideya ətrafında birləşdirəcək Azərbaycançılıq ideologiyasının üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Yeni tipli siyasətçi və dövlət rəhbəri kimi dünyada diqqət mərkəzində olan İlham Əliyev inamla xalqı Heydər Əliyevin ideyaları ətrafında birləşdirir, soydaşlarımızı ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Azərbaycanda müstəqilliyin vacib şərti olan ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət başçısının istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərib və göstərməkdədir. Ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Bəlli olduğu kimi, bu ölkə iqtisadiyyatının hərtərəfli, şaxələndirilmiş şəkildə inkişafını nəzərdə tutur. Burada neft sektorundan əldə edilən gəlirlər hesabına qeyri-neft sektoruna böyük sərmayələrin yatırılması, beləliklə də, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin davamlı şəkildə inkişaf etdirilməsi başlıca hədəf kimi götürülür. Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir. Xüsusi həssaslıq və dəqiqliklə işlənib hazırlanan, məntiqi ardıcıllıqla biri digərini tamamlayan bu proqramlar əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, bölgələrdə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, Azərbaycanın regionlarının hərtərəfli tərəqqisinə yol açır. Prinsip etibarı ilə ölkə regionlarının davamlı, sürətli inkişafının reallaşması təkcə iqtisadi deyil, həm də mənəvi məsələdir. Daha dəqiq desək, burada insan amili həlledici təsirə malikdir, insanların sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı mühüm rol oynayır".

Komitə sədri deyib:

"Onu da vurğulamaq lazımdır ki, müəyyən məqamlar regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən hər iki Dövlət Proqramında ciddi nəzərə alınıb. Belə ki, burada bölgələrdə işgüzar sahibkarlıq təşəbbüslərinin yüksək səviyyədə dəstəklənməsi, regionlarda ən yeni texnologiyalara söykənən aqrarsənaye komplekslərinin yaradılması, yüngül sənayenin, qida sənayesinin inkişaf etdirilməsi, yoxsulluğun, işsizliyin tam aradan qaldırılması, əhalinin yüksək məşğulluğunun təmin edilməsi nəzərdə tutulub.Bu baxımdan, “Azərbaycan Respublikası regionlarının sosialiqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” icrasında hər bir bölgənin özünəməxsusluğuna, regionların sosial-iqtisadi inkişaf potensialını şərtləndirən mühüm meyar kimi insan amilinə xüsusi diqqət yetirilib. “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın gerçəkləşməsində də insan amili xüsusi olaraq önə çəkilmişdi. Burada insanların iqtisadi təşəbbüslərinin–insan kapitalı amilinin adekvat şəkildə qiymətləndirilməsinə böyük diqqət yetirilmişdir. Belə ki, regionların sosial-iqtisadi inkişafını şərtləndirən mühüm meyarlardan biri insan kapitalının əhəmiyyətinin lazımi şəkildə dəyərləndirilməsidir. Uğurla aparılan davamlı islahatlar nəticəsində Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq, sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir".

Şuşa dirçəlir: Çoxtərəfli turizm potensialı şəhərin şöhrətini daha da artıracaq
Şuşa dirçəlir: Çoxtərəfli turizm potensialı şəhərin şöhrətini daha da artıracaq
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Çernoqoriya turistlərə sərhədlərini açır
Çernoqoriya turistlərə sərhədlərini açır
Loading Bars
Xəbər lenti
Braziliyada Milli nüvə təhlükəsizliyi agentliyi qurulub
Misir Qəzza zolağına 65 ton tibbi avadanlıq və dərman göndərəcək
Dünya İqtisadi Forumunun xüsusi iclası bu il keçirilməyəcək
Kolumbiyada qarşıdurmalar davam edir, yenə ölən və çoxlu sayda yaralı var
Ekvadorda avtobus qəzasında 9 nəfər öldü
Türkiyədə son sutkada koronavirusdan 13 864 nəfər sağalıb
Rusiyada helikopter qəzaya uğrayıb, ölən və itkin düşən var
Hikmət Hacıyev Brüsseldə Aİ komissarı ilə görüşüb
Daşkəsəndə Yol Polisi nəzarət-profilaktik tədbirləri davam etdirir (FOTO)
Dünyada ötən sutka koronavirusa 589 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycanın xarici ticarət dövriyyəsi 10 milyard dollara yaxınlaşıb
Gürcüstandakı insident barışıqla başa çatdı
Azərbaycanın qaz ixracı 80 faizə yaxın artıb
"Aeroflot" Türkiyəyə bilet satışını dayandırıb
Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib
İki güləşçimiz Avropa çempionatının finalına yüksəlib
Xaçmaz rayonunda Zəfər parkı inşa edilir (FOTO)
Ermənistan “bir tük də qənimətdir” prinsipi ilə yenə KTMT-dən mədət umur
Dələduz iş başında yaxalanıb
Regional rəqəmsal hökumət portalının ilkin versiyası hazırlanıb
Azərbaycan neft ixracını azaldıb
Dünyada ən çox satılan avtomobillər hansılardır?
Bakı Baş Gömrük İdarəsində əməliyyat: Vəzifəli şəxslər rüşvət alarkən saxlanıldı
Hikmət Hacıyev Brüsseldə NATO-nun Baş katibinin müavini ilə görüşüb (FOTO)
Qubada qardaşlar çaya düşüb, biri ölüb
“Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı
Teledərslərin mayın 18-nə olan cədvəli
Ölkəmizin uğurlarına qısqanclıqla yanaşanlar dost ölkələrlə münasibətlərimizi pozmağa cəhd göstərirlər - Deputat
Bakıda küçə və prospektlərdə sıxlıq var - BNA (FOTO)
Tovuzda 10 yaşlı qızın qətlində təqsirləndirilən şəxsin məhkəməsi başladı
Gürcüstandakı insident tamamilə məişət zəminində baş verib - Arzu Nağıyev
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir (FOTO)
Səhiyyə sisteminin transformasiyası proqramı hazırlanır - TƏBİB
Mayın 18-nə USD/AZN rəsmi məzənnəsi
Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başladı
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb (FOTO/VİDEO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya rəsmi səfərə gedib
Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb - Nazir
Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün müraciətlər bu tarixdən aktivləşir
AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq etdi
2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib - Ədliyyə naziri
277 nəfər buraxılış imtahanına gəlməyib - DİM
Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı açıqlama yayıb
Müslüm Maqomayevin tuncdan heykəli bir aya hazır olacaq - Trend TV-nin REPORTAJI
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
DİM buraxılış imtahanlarının nəticələrini elan etdi
Azərbaycanda 426 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib
Bakıda ilk dərs günündə məktəblərdə davamiyyət 80 faiz təşkil edib - BŞTİ
Bakıda heroin alverçisi yaxalandı (FOTO/VİDEO)
18 yaşdan yuxarı 300-ə yaxın şəxsə peyvənd vurulub
Azərbaycan ordusunun genişmiqyaslı təlimləri revanşist qüvvələrə mesaj olacaq - Ekspert
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur - Lavrov
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
ÜGT-nin Avropa regionunda “köklü dəyişmə yaradan texnologiyalar” mövzusunda seminarı keçirilir (FOTO)
Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını nəşr edib
AXC-Müsavat cütlüyünün xəyanəti ermənilərin torpaqlarımızı işğal etməsini asanlaşdırdı - Deputat
“Nar” komandası “Breyn Rinq” yarışının yarımfinalına çıxdı
Qəzzadan İsrailə atılan raket yaşayış binasına düşüb - Yaralılar var
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
Yığmamız dünya birinciliyinə qatılacaq
Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur
DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verdi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
40 yaşlı kişi özünü evində turnikdən asıb öldürdü
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıya gəlib (FOTO)
Maştağada toy yarımçıq dayandırıldı, 40 nəfər cərimələndi (FOTO/VİDEO)
Əkinlərini düzgün bəyan etməyən fermerlər subsidiyadan məhrum olunacaq - Nazirlik
TAC MMC əməkdaşları iş yerlərində vaksinasiya olunub
Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası
Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir - Rauf Əliyev
Avropa bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üçün iki kredit tranşı ayırıb
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib
Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov
İranda koronavirusdan ölənlərin sayı 77 mini ötüb
Sabahdan Azərbaycanda "Sputnik V” vaksinindən istifadə başlanılacaq
TAP vasitəsilə hidrogen tədarükü üzrə investisiya təklifi təqdim olunub
Lüksemburq rəsmiləri erməni lobbisinin təsiri altındadır - Naqif Həmzəyev
Sabahın hava proqnozu açıqlanıb
“Xarıbülbül” festivalı Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya nümayiş etdirdi
"SOCAR Energy Ukraine" premium yanacağın satışını bərpa edib
Azərbaycanda yüksək maaş verilən sahələr açıqlandı
Azərbaycanda 13 mindən çox müəllim iş yerini dəyişmək istəyir
Sabah güclü külək əsəcək
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur (VİDEO)
Ağdamın Çıraqlı kəndində ermənilərin dağıtdığı elektrik təsərrüfatı yenidən qurulub (VİDEO)
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi konfransların qalibləri müəyyənləşib (FOTO)
FHN yanğınla bağlı əhaliyə müraciət edib (VİDEO)
SOCAR-ın Kulevi terminalında daha bir çən tikilir
Kaspersky: Azərbaycandakı kompyuterlərin 42%-də hələ də Windows 7 istifadə olunur
Toyların keçirilməsi hansı halda mümkün ola bilər? - Komitə sədri açıqladı
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur (FOTO)
Bakıdakı məhşur restoran nöqsanlara görə bağlandı
SOCAR-ın Gürcüstandakı neft terminalından bitum məhsulları yola salınacaq
İrandan Azərbaycana narkotik keçirmək istəyən 5 nəfər saxlanılıb (FOTO)
Son 4 ayda 9 mindən çox piyada cərimələnib
Ali məktəblərdə yaz imtahan sessiyası distant keçiriləcək
"Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq - Avropa Komissiyası
Bütün xəbərlər