...

Bakıda Cənubi Qafqaz üzrə beynəlxalq konfrans keçirilib (FOTO)

Siyasət Materials 16 İyun 2017 12:20 (UTC +04:00)
Bakıda “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bakıda Cənubi Qafqaz üzrə beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Yelena Kosolapova - Trend:

Bakıda “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbir Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən nəşr olunan “Caucasus International” jurnalının beş illiyinə həsr olunub.

Konfransın moderatoru qismində jurnalın baş redaktoru Azad Qəribov çıxış edib.

O qeyd edib ki, beş il ərzində jurnalın 15 nömrəsi çapdan çıxıb. Bu müddət ərzində jurnalda Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Türkiyə, İsrail və digər ölkələrdən tədqiqatçıların məqalələri dərc olunub. Jurnalda həmçinin, müxtəlif ölkələrin yüksək vəzifəli məmurları ilə müsahibələr yer alıb.

Tədbirdə həmçinin, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin siyasi və sosial məsələlər və ictmaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidis, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, Rusiyanın “Valday” klubu Fondunun proqram direktoru Andrey Suşentsov, Çinin Beynəlxalq Münasibətlər İnstitutunun vitse-prezidenti Süy Tszyan, Türkiyənun Avrasiya Tədqiqat Mərkəzinin direktoru Alev Kılıç, Almaniya, İran, Gürcüstan, Qazaxıstan və digər ölkələrin tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru F.Məmmədov Cənubi Qafqaz ölkələrinin əməkdaşlığı və vacib regional və qlobal oyunçuların regiondakı maraqları barədə danışıb.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq yaradılıb. Bunun əsası hələ Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. F.Məmmədov deyib ki, Bakı və Tbilisi bir sıra regional layihələr həyata keçirir və bunun sayəsində Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılması mümkün olub.

Eyni zamanda F.Məmmədov qeyd edib ki, Cənubi Qafqazda əməkdaşlıq və inteqrasiya siyasətini yox, təcrid və işğal siyasətini seçən bir ölkə var. Onun sözlərinə görə, Ermənistan işğal siyasətini bu gün də davam etdirir və bunun nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

F.Məmmədov vurğulayıb ki, Ermənistran-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionun inkişafını ləngidir və Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladıqca, bu ölkə ilə iqtisadi əməkdaşlıq və onun regional layihələrə cəlb olunması mümkün deyil.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin siyasi və sosial məsələlər və ictmaiyyətlə əlaqələr şöbəsinin rəhbəri D.Danilidis qeyd edib ki, Aİ Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir.

Onun sözlərinə görə, Azərbaycan energetika sahəsində Aİ-nin vacib tərəfdaşıdır və Avropa ölkələri Azərbaycanın enerji ehtiyatlarında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti