...

Pakistan Ermənistan qoşunlarının Azərbaycanın dinc sakinlərinə hücumunu pisləyir

Siyasət Materials 7 İyul 2017 14:24 (UTC +04:00)

Bakı. Elmira Tariverdiyeva - Trend:

Pakistan Ermənistan qoşunlarının Azərbaycanın dinc sakinlərinə hücumunu pisləyir.

Trend-in məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Biz bu vəziyyətdə Azərbaycan xalqının əhval-ruhiyyəsini anlayırıq, çünki bu cür hadisələr demək olar ki, hər gün baş verir”.

Qeyd olunur ki, Pakistan Kəşmir ətrafındakı vəziyyətlə bağlı eyni hissləri keçirir.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti