...

Səfir: Gülən hərəkatı əvvəlki qədər güclü deyil

Siyasət Materials 12 İyul 2017 13:45 (UTC +04:00)
Fəthullah Gülən hərəkatı ötən ilki hərbi çevriliş cəhdinədək olduğu qədər güclü deyil.
Səfir: Gülən hərəkatı əvvəlki qədər güclü deyil

Bakı. Ləman Zeynalova - Trend:

Fəthullah Gülən hərəkatı ötən ilki hərbi çevriliş cəhdinədək olduğu qədər güclü deyil.

Trend-in məlumatına görə, bunu Bakıda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral hərbi çevriliş cəhdinin ildönümünə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, çevriliş cəhdindən sonra bu hərəkatla əlaqəli olan 130-140 min nəfər saxlanılıb, onlardan 45 min nəfərinə həbs cəzaları verilib.

Səfir onu da qeyd edib ki, F.Gülənin ekstradisiya olunması ilə bağlı ABŞ ilə danışıqlar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti