...

Azərbaycan-Koreya münasibətləri müzakirə olunub

Siyasət Materials 17 Avqust 2017 18:03 (UTC +04:00)
Azərbaycan-Koreya münasibətləri müzakirə olunub.
Azərbaycan-Koreya münasibətləri müzakirə olunub

Bakı. Elçin Mehdiyev - Trend:

Avqustun 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva Azərbaycanda səfərdə olan Koreya Milli Assambleyasının deputatı Li Ju Yanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in məlumatına görə, S.Fətəliyeva xalqlarımız arasındakı dostluq münasibətlərinin 25 illik tarixindən söz açıb. O, Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının iştirakçısı olan qonaqlara Azərbaycanın inkişafı, ölkəmizdə Koreya şirkətlərinin fəaliyyəti, parlamentlərarası əlaqələrin perspektivləri barədə ətraflı məlumat verib.

S.Fətəliyeva Koreya Milli Assambleyasının üzvlərinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. O qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünlük həyatı yaşayır, bu problemin öz ədalətli həllini tapmaması bütün regionun təhlükəsizliyini təhdid edir.

Koreya Milli Assambleyasının üzvü L.J.Yanq ölkəmizə ilk dəfə səfər etdiklərini, Bakının bənzərsiz memarlıq üslubunun, şəhərin gecə mənzərəsinin onlarda dərin təəssürat yaratdığını qeyd edib, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirdib.

O, 2023-cü ildə Skaut konfransının Koreyada keçirilməsi üçün Azərbaycan hökumətinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti