...

Deputat: Ermənistan öz müttəfiqini satmağa hazır olduğunu bir daha göstərdi

Siyasət Materials 24 Avqust 2017 11:04 (UTC +04:00)
Ermənistan müttəfiqi adlandırdığı Rusiyanın gərgin münasibətlərdə olduğu NATO və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməklə özünün ikiüzlü siyasətini bir daha ortaya qoyur.
Deputat: Ermənistan öz müttəfiqini satmağa hazır olduğunu bir daha göstərdi

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan müttəfiqi adlandırdığı Rusiyanın gərgin münasibətlərdə olduğu NATO və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməklə özünün ikiüzlü siyasətini bir daha ortaya qoyur. Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, Ermənistan öz təcavüzkar siyasəti nəticəsində regionda təcrid olunmuş vəziyyətə düşdüyündən vaxtaşırı belə variantlara əl atır:

“NATO-nun Gürcüstanda keçirilən təlimlərinə qatılmaqla Ermənistan uzun illərdən bəri apardığı ikiüzlü siyasəti davam etdirir. Ancaq bütün dünyaya bəllidir ki, Ermənistan faktiki olaraq tam şəkildə Rusiyanın nəzarəti altındadır. İndi dünyada Rusiyaya qarşı müəyyən təzyiqlər, sanksiyalar tətbiq olunduğuna görə Ermənistan çalışır ki, özünə daha güclü havadarlar tapsın, tədricən Rusiyadan uzaqlaşsın. Yəni Ermənistan hakimiyyəti hər an öz müttəfiqini satmağa hazır ikiüzlü rejim olduğunu bir daha göstərir. Təbii ki, Avropa da, Rusiya da Ermənistanın bu ikiüzlü siyasətini görür”.

Deputat vurğulayıb ki, Ermənistan rəhbərliyinin bu cəhdləri əbəsdir: “Onlar anlamalıdırlar ki, düşdükləri fəlakətli vəziyyətdən çıxış yolu qonşu dövlətlərə, ilk növbədə, Azərbaycana qarşı təcavüzkar siyasətdən əl çəkməkdən, işğal olunmuş torpaqların qeyd-şərtsiz boşaldılmasından keçir. Əks təqdirdə, Azərbaycan Ordusu işğal olunmuş torpaqları azad etməyə tam hazırdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti