Bakı. Elmira Tariverdiyeva - Trend:
Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanovun “Washington Post” qəzetində Azərbaycana qarşı məqalələrə cavab olaraq tənqidi yazısı dərc olunub.
Trend-in məlumatına görə, V.Qurbanovun yazısında bir neçə gün əvvəl bu qəzetdə Azərbaycanla bağlı dərc olunmuş məqalənin məyusedici olduğu qeyd edilir.
Müəllif vurğulayıb ki, Azərbaycanın məhkəmə və vergi sisteminə qarşı çıxışlar nə qanunun aliliyinə, nə də vətəndaş cəmiyyətinin inkişafına xidmət etmir.
V.Qurbanov qeyd edir ki, Azərbaycanda fəaliyyət göstərən Mətbuat Şurası “Washington Post”un siyasətindən narahatlığını bildirib və jurnalist Mehman Əliyev haqqında yazını kəskin tənqid edib: “Bu, elə həmin Mətbuat Şurasıdır ki, hökuməti Mehman Əliyevi azad etməyə çağırmışdı. Azərbaycan cəmiyyətində fikir müxtəlifliyi var, amma təəssüf ki, bu Azərbaycan haqqında xəbərlərdə yer almır”.