...

Fransanın dövlət katibi: ATƏT-in Minsk qrupunun həmsədrləri öz işlərini lazımınca yerinə yetirirlər

Siyasət Materials 15 Sentyabr 2017 16:05 (UTC +04:00)
Əslində, ATƏT-in Minsk Qrupunun həmsədrləri öz işlərini lazımınca yerinə yetirirlər.
Fransanın dövlət katibi: ATƏT-in Minsk qrupunun həmsədrləri öz işlərini lazımınca yerinə yetirirlər

Bakı. İlhamə İsabalayeva - Trend:

"Əslində ATƏT-in Minsk qrupunun həmsədrləri öz işlərini lazımınca yerinə yetirirlər".

Trend-in məlumatına görə, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan Fransanın Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün göstərdiyi səylərə münasibət bildirərkən deyib.

J.Lömuan bu gün Prezident İlham Əliyevlə görüşdüyünü xatırladıb: "Görüşdə bildirdim ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində həmsədr ölkə kimi çalışır ki, öz vasitəçi fəaliyyətini aparsın. Bununla bağlı səfir Viskonti ilə daimi əlaqə saxlayıram. Bildiyimiz kimi, fransalı həmsədr Stefan Viskonti Fransanı ATƏT-in Minsk qrupunda təmsil edir".

Dövlət katibi bildirib ki, bu yaxınlarda Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində nazirlər səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub: "Ola bilsin ki, gələcəkdə daha yüksək səviyyədə görüş baş tutsun. Fransa bu prosesin aparılmasına daim diqqətlə yanaşır".

Xəbər lenti

Xəbər lenti