...

Deputat: Bu, Avropa Şurasında "Yaqland yeniliyi" kimi tarixə düşə bilər

Siyasət Materials 3 Oktyabr 2017 11:11 (UTC +04:00)
Torbyorn Yaqlandın Azərbaycana qeyri-obyektiv münasibəti bu vəzifədə olmamışdan da müşahidə edilib.
Deputat: Bu, Avropa Şurasında "Yaqland yeniliyi" kimi tarixə düşə bilər

Bakı. Samir Əli - Trend:

Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlandın Azərbaycana qeyri-obyektiv münasibəti bu vəzifədə olmamışdan da müşahidə edilib.

Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxs Azərbaycana qarşı bu münasibətini indi də davam etdirir:

"Baxmayaraq ki, Avropa Şurasının əsas məqsədi qarşılıqlı əməkdaşlıqdır və burada öhdəliklər var, qurum heç bir əməkdaşlığı təmin etmir. Əksinə, Azərbaycana qarşı təzyiqlər etmək, ölkəmizdə gedən demokratik proseslərə kölgə salmaq, bu, AŞ-nin baş katibinə yaraşmayan, vəzifəsinə və statusuna uyğun olmayan bir mövqedir. Xüsusilə, onun azad söz deyən jurnalistləri hədələməsi və onlara iftira yağdırması ümumiyyətlə, qəbuledilməzdir, Avropa Şurası tarixində bu bir "Yaqland yeniliyi" kimi tarixə düşə bilər. Hesab edirəm ki, bu, dözülməz bir vəziyyətdir və qurumun ölkəmizə münasibəti dəyişməlidir. Dəyişməsə, Azərbaycan da şübhəsiz ki, öz kəskin mövqeyini bildirməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti