...

Qobustanda abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb

Siyasət Materials 3 Oktyabr 2017 18:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qobustanda abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Qobustan rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, sosialyönümlü bir sıra layihələr həyata keçirilmiş, o cümlədən Qobustan İdman Kompleksi, Gənclər Mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 24 mənzilli 2 yaşayış binası inşa edilmiş, müasir tələblərə cavab verən turizm obyektləri, təhsil ocaqları istifadəyə verilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.

Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti