...

Bu gün AŞ PA-da Azərbaycanla bağlı müzakirələr aparılacaq

Siyasət Materials 11 Oktyabr 2017 10:14 (UTC +04:00)
AŞ PA-da Azərbaycanla bağlı müzakirələr aparılacaq.
Bu gün AŞ PA-da Azərbaycanla bağlı müzakirələr aparılacaq

Bakı. Gülqız Dadaşova - Trend:

AŞ PA-da Azərbaycanla bağlı müzakirələr aparılacaq.

Trend-in məlumatına görə, bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində plenar iclaslarda “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” və “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

“Azərbaycanda demokratik təsisatların fəaliyyəti” üzrə məruzənin müəllifləri Sezar Florin Predan və Stefan Şennak, ikinci məruzənin müəllifi isə Alen Desteksdir.

Azərbaycan Milli Məclisinin deputatları müzakirələrdə iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti