Səyavuş Heydərov: Bütün dünyada Azərbaycandakı tolerant mühit olduqca maraqlıdır

Səyavuş Heydərov: Bütün dünyada Azərbaycandakı tolerant mühit olduqca maraqlıdır

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün nəinki Avropa strukturlarında, bütün dünyada Azərbaycandakı tolerant mühit olduqca maraqlıdır.

Bunu Trend-ə Brüsseldə Avropa İttifaqı (Aİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak edən DQİDK-nin sədr müavini Səyavuş Heydərov deyib.

Keçirilən tədbir və Brüsselə səfər çərçivəsində baş tutan görüşlər haqqında danışan S.Heydərov bildirib ki, Azərbaycandan olan böyük nümayəndə heyəti çox əhəmiyyətli tədbirlərdə və görüşlərdə iştirak edib.

O qeyd edib ki, nümayəndə heyətinə Azərbaycanda fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmaların nümayəndələri daxil idilər: “Tədbirlər zamanı bir sıra önəmli görüşlər keçirdik. Bunlardan Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard və Avropa Parlamentinin birinci vitse-prezidenti xanım Mayrid MakGinneslə görüşlərimizi xüsusi vurğulamaq istərdim. Qeyd etmək istəyirəm ki, ilk dəfədir Aİ-nin bu səviyyəli nümayəndələri Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri ilə görüşürlər. Nəzərə alsaq ki, Azərbaycan Avropa İttifaqının xüsusi önəm verdiyi tərəfdaş ölkələrdən biridir, dövlət rəsmiləri ilə ikitərəfli və çoxtərəfli mütəmadi görüşlərin keçirilməsini adi hal kimi qəbul etmək olar. Lakin bu şəxslər bu dəfə Azərbaycandan olan dini icmaların nümayəndələri ilə, başqa sözlə desək, sadə insanlarla görüşdülər, onların gündəlik həyat tərzi, fəaliyyətləri barədə özlərindən məlumat əldə etdilər”.

S.Heydərov bildirib ki, bundan başqa, Avropa Parlamentinin deputatı Səccad Kərim, Avropa Parlamentinin Avropa Xalq Partiyasını təmsil edən deputatları Zelyana Zovko, Gyorgi Holveni və Yan Olbrayt, o cümlədən Aİ-nin xarici siyasət xidməti strukturunun rəhbərliyində təmsil olunan digər şəxslərlə görüşləri qeyd etmək mümkündür: “Bu görüşlərin xüsusi əhəmiyyəti ondan ibarət idi ki, qeyd etdiyim şəxslərdə və onların təmsil etdikləri qurumlarda ölkəmizlə, o cümlədən ölkəmizdə fəaliyyət göstərən dini icmalar və mövcud dini durumla bağlı daha obyektiv fikirlər formalaşdı”.

S.Heydərov qeyd edib ki, Azərbaycanla bağlı istənilən məsələ Avropa üçün həmişə maraqlı olub: “Bunun da kökündə, zənnimcə, ölkəmizdə tarixən mövcud olan xalqların birgəyaşayışı istiqamətindəki uğurlu strategiyadır. Fəxrlə deyə bilərik ki, bu gün nəinki Avropa strukturlarında, bütün dünyada Azərbaycandakı tolerant mühit olduqca maraqlıdır. Dünyada hazırda din pərdəsi altında gedən siyasi çəkişmələr, dini zəmində baş verən münaqişələr baxımından bizim bu tolerant mühiti qoruyub saxlamağımız xüsusilə diqqət mərkəzindədir. Bununla əlaqədar, deyə bilərik ki, səfər zamanı həyata keçirdiyimiz görüşlərdə Avropa İttifaqının nümayəndələri Azərbaycanda mövcud olan dini tolerantlıq mühitini yüksək qiymətləndirdilər və bu cür birgəyaşayış modelinin bir çox dünya ölkələri üçün örnək ola biləcəyini qeyd etdilər. Ümumilikdə, Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı oynadığı rol ilə yanaşı, dünyada qlobal təhlükəsizlik probleminin əsasını təşkil edən dini zəmindəki münaqişələrin dayandırılmasında özünəməxsus modeli ilə böyük töhfələr verəcəyi vurğulandı. Buna misal olaraq, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, cari ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi diqqətə çatdırıldı”.

Aİ ilə gələcək əməkdaşlığın perspektivləri haqqında danışan S.Heydərov bildirib ki, bu əməkdaşlıq təkcə yuxarıda qeyd olunan görüşlərlə yekunlaşmır: “Gələcək planlar içərisində bir sıra maraqlı layihələr var ki, bunların da tərəflər üçün faydalılıq dərəcəsi prioritetlərə görə müəyyənləşəcək. Biz artıq daha böyük layihələr üzərində işləyirik. Bilirsiniz ki, Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində tərəfdaş ölkələr üçün hazırlanmış Tvinninq, TAİEX kimi alətləri mövcuddur. Yaxın gələcəkdə biz bu mexanizmlərdən yararlanmaqla, Avropa ilə əməkdaşlığımızı daha da genişləndirmək fikrindəyik. Digər tərəfdən, Aİ-nin daxili proqram və layihələri də var ki, qeyri-üzv dövlətlər də onlardan yararlana bilərlər. İlkin razılaşmalara əsasən deyə bilərik, biz də artıq bu layihələrdə iştirak edəcəyik. Nəzərə almaq lazımdır ki, müasir dünyada dini zəmində baş verən münaqişələr və onların törətdiyi fəsadlar bu gün Avropada xüsusi narahatlıq doğurur. Buna görə də Avropa etnik, dini, mədəni fərqliliklərin daha optimal idarə edilməsi üzərində baş sındırır. Azərbaycanın bu sahədəki nailiyyətləri isə danılmazdır. Buna görə də həm biz, həm də Avropa strukturları qarşılıqlı əməkdaşlığı genişləndirmək əzmindəyik”.

Komitə sədrinin müavini səfər çərçivəsində vətəndaş cəmiyyətləri ilə də keçirilən görüşlərə toxunub. O qeyd edib ki, vətəndaş cəmiyyəti üzvləri ilə görüşlər zamanı Azərbaycanda olan dini tolerantlıq mühiti və dövlətin bu istiqamətdə yürütdüyü siyasətdən bəhs olunub: “Bunlardan əlavə, dini konfessiyaların nümayəndələri Avropa Parlamentinin deputatları ilə görüşlərdə diqqəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalması faktına yönəldərək bildirdilər ki, bu ərazilərdə əsrlərlə tarixə malik müsəlman və xristian dini abidələri məhv edilib. Parlamentarilərin nəzərinə çatdırıldı ki, Ermənistanın təcavüzkar siyasəti olmasaydı, Brüsselə səfər edən Azərbaycandan olan dini konfessiyaların tərkibində erməni din xadimləri də rahatlıqla iştirak edə bilərdilər. Görüş çərçivəsində Avropa Kilsələrinin Konfransı Təşkilatı və Azərbaycanda fəaliyyət göstərən protestant icmalar arasında gələcək əməkdaşlıq barədə ilkin razılaşma əldə olundu. Ümid edirik ki, bu əməkdaşlıq Avropanın rəsmi strukturlarında Azərbaycan haqqında obyektiv fikrin formalaşmasına öz töhfəsini verəcək”.

S.Heydərov həmçinin vurğulayıb ki, səfər çərçivəsində NATO-nun baş qərargahında bu təşkilatın ictimai diplomatiya bölməsinin rəhbərləri səfir Tomaş Xlon, professor Gerlinde Nihus və Despina Afentuli də görüş baş tutub. Onun sözlərinə görə, görüşdə NATO-nun siyasi prioritetləri və tərəfdaşlarla münasibəti barədə məlumat verildi, bu gün dünyanı narahat edən təhlükəsizlik və terrorizm problemləri müzakirə edildi: “Ümumiyyətlə, hazırda dünyada NATO öz təhlükəsizlik siyasətini yalnız Avratlantik məkanda deyil, həmçinin ondan kənarda da həyata keçirməyə çalışır. Günümüzdə dini zəmində baş verən münaqişələr onu göstərir ki, bu sahədə müvəffəqiyyət hələ əldə olunmayıb. Ona görə, dünya düzəninin institusional çərçivədə təhlükəsizliyinin təmin edilməsi üzrə dini aspektdən təkliflər, eləcə də dinin siyasiləşdirilməsinə son qoyulması ətrafında müzakirələr aparıldı. Qeyd edilən problemlərin həlli üçün nəticə və fəsadlarla yanaşı, səbəblərlə, ikili standartlarla mübarizənin vacibliyi vurğulandı, o cümlədən dini tolerantlığın təşviq olunması, bu problemin həlli istiqamətində müzakirələr üçün ekspertlərdən ibarət yeni platformanın yaradılması tərəfimizdən təklif edildi. Görüşlər çərçivəsində Azərbaycanda dini radikalizmlə mübarizə istiqamətində dini icmalar səviyyəsində həyata keçirilən layihələr barədə məlumat verildi, o cümlədən dini və multikultural təhlükəsizliyin təminatına dövlət siyasətinin prioritet istiqaməti kimi önəm verildiyi diqqətə çatdırıldı”.

Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Çernoqoriya turistlərə sərhədlərini açır
Çernoqoriya turistlərə sərhədlərini açır
Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb
Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb
Loading Bars
Xəbər lenti
Qaradağda “Shacman” aşaraq yanıb
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları açıqlanıb
Azərbaycandakı tolerantlıq mühitinin Vətən müharibəsində böyük töhfəsini gördük - Deputat
FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb
Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir (VİDEO)
Azərbaycan OPEC+ sazişini necə icra edir? - Beynəlxalq Agentlikdən qiymətləndirmə
NATO PA-nın yaz sessiyası başlayıb
Ermənistanda partiyalar prezident və baş naziri vəzifədən uzaqlaşdırmağa çağırıb
Soydaşımız cüdo üzrə Amerika çempionu olub (FOTO)
Azərbaycanda iqtisadiyyatın kreditləşməsi artıb - Dünya Bankı
Avtomobildə qadına fiziki zorakılıq edən şəxsin kimliyi məlum olub
Xaçmaz RİH başçısı Aşağıoba və Aslanoba kəndlərində şəhidlərin məzarını ziyarət edib (FOTO)
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir (VİDEO)
Səttar Möhbalıyev: “Xarıbülbül” festivalı milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində atılmış ən mühüm addımlardan biri oldu
Manatın məzənnəsi sabit qalır - Dünya Bankı
İranda kiçik təyyarələrin uçuşları dayandırılıb
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib (FOTO)
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
Türkiyədə ticarət mərkəzləri açılır
Narkomanlıqla bağlı 2 mindən çox cinayət faktı aşkarlanıb
Qarabağda enerji infrastrukturunun formalaşdırılması əsas vəzifə kimi müəyyənləşdirilib
Mayın 17-də manatın dollara qarşı məzənnəsi
Raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edir (VİDEO)
300-ə yaxın jurnalist peyvənd olunub (FOTO)
Ermənistanın sabiq prezidenti müharibədəki məğlubiyyətin səbəblərini açıqladı
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib
Azərbaycanda bu il istehsal olunan ÜDM-in həcmi açıqlanıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 472 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib
Biz həmişə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Udi xalqına olan diqqətini hiss edirik - Alban-Udi Xristian icmasının sədri
Məşhur şirkətin satış təmsilçisinə mənimsəməyə görə cinayət işi açıldı
2867 şəhidin ailə üzvlərinə sosial ödəniş təyinatı aparılıb
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb (FOTO)
Bu il Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi 76 milyon barelə çatır
Apreldə 6 minə yaxın qaz abonenti qeydiyyata alınıb
"SOCAR Energy Ukraine" premium yanacağın satışını dayandırıb
Daha 7 marşrut üzrə avtobuslar kart sisteminə keçəcək (SİYAHI)
Yayda ağaclara necə qulluq etmək lazımdır?
İlahiyyat İnstitutunda “Azərbaycanda İslam mədəniyyətinin təşəkkül tarixi” mövzusunda vebinar keçirilib (FOTO)
Sumqayıtda koronavirusa qarşı vaksinasiya davam edir (FOTO)
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayır
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahan keçirilib
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Türkiyə fələstinli dinc sakinlərin müdafiəsi üçün beynəlxalq qüvvələrin yaradılmasını təklif edir - Mövlud Çavuşoğlu
Qarabağın müasir standartlara uyğun bərpa edilməsi Azərbaycanın gücünün nümayişidir - Könül Nurullayeva
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb (FOTO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya səfərə gedir
Rusiya aviaşirkəti Bakıya uçuş marşrutlarını artırır
9 ictimai-iaşə obyekti karantin qaydalarını kobud şəkildə pozub - SİYAHI
İranda daha 11 min nəfər koronavirusa yoluxub, 303 nəfər ölüb
Qeyri-iş günlərində paytaxtda 42 min kv.m sahədə təmir işləri aparılıb
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır (VİDEO)
"Fitch Ratings" Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb
Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir
Bakı Ali Neft Məktəbi “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” mövzusunda vebinar təşkil etdi (FOTO)
Türkiyədə vaksinasiya olunmuş 65 yaşdan yuxarı şəxslər üçün karantin yumşaldılır
Sabah 35 dərəcə isti olacaq
Sərhəddə yaşanan gərginliyin səbəbi Ermənistanın işğalçılıq siyasətidir - Politoloq
Bayram günlərində milli parkları 7 minə yaxın turist ziyarət edib (FOTO)
İsrailin müdafiə naziri regiondakı vəziyyəti ABŞ rəsmisi ilə müzakirə edib
DSMF-nin sabiq şöbə müdirinin işi məhkəməyə göndərildi
Azərbaycanda çəltik sığortasının məbləği açıqlandı
Daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edildi (FOTO)
IBA Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək!
Ötən 4 ayda əhaliyə keçən ilin eyni dövrünə nisbətən 6 faiz çox vəsait ödənilib
Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA
“AccessBank”da yeni təyinat: Ramin Hüseynov “AccessBank”a Maliyyə üzrə Baş Direktor təyin olunub
İranın super-kompüteri işə başlayıb
Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO)
Ağcabədidə narkotacir 3 kiloqramdan artıq marixuana ilə tutuldu (FOTO)
Goranboyda evdən 5 min manata yaxın oğurluq edən dəstə saxlanıldı (FOTO/VİDEO)
Ötən gün ölkədə 43 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Bakıda dönərxananın fəaliyyəti dayandırılıb
Bulvarda hasarlanmış ərazidə Müslüm Maqomayevin heykəli qoyulacaq - ÖZƏL (FOTO)
Sərhədçilərimizi öldürən sərhəd pozucusu saxlanıldı
Bakı-Qazax yolunda orta yaşlı kişini maşın vurub öldürdü - FOTO
BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər (FOTO)
Vüqar Səfərlinin həbs müddəti 3 ay uzadıldı
Xocavənddə silah-sursat aşkarlandı
"Fitch Ratings" Azərbaycanda inflyasiya ilə bağlı proqnozları açıqlayıb
Azərbaycanda qızıl bahalaşıb
DİM növbəti imtahan keçirdi, nəticələr 6 gün sonra açıqlanacaq
Qazaxıstanda koronavirusa daha 2 459 nəfər yoluxub
Azərbaycan Ordusunda təlimlər başlayıb
Yaponiya sahillərində 6.1 bal gücündə zəlzələ olub
Mayın 16-da xarici valyutaların manata qarşı məzənnələri
BƏƏ-yə xarici investisiyalar 2020-ci ildə 44% artıb
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır - Leyla Abdullayeva
Nyu-Yorkda atışma baş verib
Argentinada koronavirusdan ölənlərin sayı 70 mini ötüb
"Lester" ilk dəfə İngiltərə Kubokunun qalibi oldu
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
İsrail HƏMAS-ın siyasi bürosunun liderinin evinə raket zərbəsi endirib
Braziliyada koronavirusdan daha 2 087 nəfər ölüb
Netanyahu İsrailin atacağı addımlar barədə Baydeni məlumatlandırıb
HƏMAS Tel-Əviv və Aşdod istiqamətində onlarla raket buraxıb
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,9 milyonu ötüb
Bütün xəbərlər