...

Deputat: Prezident İlham Əliyevin D-8 sammitinə dəvət olunması Azərbaycanla Türkiyənin qardaş ölkə olduğunu bir daha təsdiqləyir

Siyasət Materials 20 Oktyabr 2017 17:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə xüsusi qonaq kimi dəvət olunması Azərbaycanla Türkiyənin qardaş ölkə olmasını bir daha təsdiqləyir.
Deputat: Prezident İlham Əliyevin D-8 sammitinə dəvət olunması Azərbaycanla Türkiyənin qardaş ölkə olduğunu bir daha təsdiqləyir

Bakı. Samir Əli - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə xüsusi qonaq kimi dəvət olunması Azərbaycanla Türkiyənin qardaş ölkə olmasını bir daha təsdiqləyir.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan hər zaman Türkiyənin, Türkiyə isə Azərbaycanın yanındadır: "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşünə Prezident İlham Əliyevin dəvət olunması ölkəmizin regionda aparıcı dövlət olmasından, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasından xəbər verir. Bu həm də Türkiyə ilə Azərbaycanın qardaşlığının, dostluğunun bir nümunəsidir. Bu gün Azərbaycan deyiləndə Türkiyə, Türkiyə deyiləndə Azərbaycan yada düşür. Azərbaycanla Türkiyə dostluğu artıq dünya ölkələri arasında bir nümunədir".

Toplantıda Prezident İlham Əliyevin çıxışına münasibət bildirən millət vəkili qeyd edib ki, dövlət başçısı tədbirdə əhəmiyyətli məsələlərə toxunub və Azərbaycanın vacib problemlərini qabardıb: "Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu dəfə də Azərbaycanın əsas problemindən, Dağlıq Qarabağ münaqişəsindən danışdı və ermənilərin işğalçı siyasətindən əl çəkmədiyini, diplomatik danışıqlardan yayındığını xüsusi vurğuladı. Həmçinin dövlət başçısı işğal altındakı ərazilərimizdəki tarixi abidələrin, o cümlədən məscidlərin dağıdıldığını bildirdi və müsəlman ölkələrini bu məsələdə həmrəy olmağa çağırdı. Azərbaycan İslam ölkəsidir və öz tolerantlığı ilə dünyada tanınır. Amma, ermənilər işğal etdikləri Azərbaycan ərazilərindəki məscidləri dağıdıblar. Prezident düzgün vurğuladı ki, məscidlərə divan tutan bir separatçı dövlətlə heç bir müsəlman ölkəsi əməkdaşlıq etməməlidir. Təəssüflər olsun ki, bu gün bəzi İslam ölkələri Ermənistanla əməkdaşlıq edir. Bu İslam həmrəyliyinə ziddir".

Qeyd edək ki, bu gün İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti