...

Bakıda "Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" beynəlxalq konfransı keçirilib

Siyasət Materials 10 Noyabr 2017 11:36 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Mərkəzin yaradılmasının 10-cu ildönümünə həsr edilmiş “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilib.
Bakıda "Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" beynəlxalq konfransı keçirilib

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Mərkəzin yaradılmasının 10-cu ildönümünə həsr edilmiş “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Çiydəm Tənkər Göksal, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu direktorunun icraçı müavini Kazbek İsayev və Qırğızıstan Respublikasının Strateji Araşdırmalar İnstitutunun direktor müavini Nuradil Baydoletov çıxış ediblər.

Moderatoru Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın olduğu “Türk Şurası üçün yaranan fürsətlər və çağırışlar” mövzusundakı paneldə Türkdilli Ölkələrin Parlament Assambleyası baş katibinin müavini Kürşad Melih Sarıaslan, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun katibi Sevinc Dadaşzadə, SAM-ın İqtisadiyyatın təhlili şöbəsinin Elmi işçi Mahir Hümbətov, Türkiyənin Beykənt Universitetinin müəllimi Kazım Sarı, Beynəlxalq Türk Akademiyasının eksperti Timur Kozırev və Türk Şurasının nümayəndəsi Pelin Musabəy Baki çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti