...

Milli Məclisin nümayəndə heyəti QDİƏT toplantısında iştirak edir

Siyasət Materials 29 Noyabr 2017 11:16 (UTC +04:00)
Milli Məclisin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında iştirak etmək üçün noyabrın 27-dən Ukraynada səfərdədirlər.
Milli Məclisin nümayəndə heyəti QDİƏT toplantısında iştirak edir

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında iştirak etmək üçün noyabrın 27-dən Ukraynada səfərdədirlər.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kiyev şəhərində keçirilən toplantıda təşkilati məsələlərlə yanaşı Qara dəniz regionunda iqtisadi böhranın nəticələrinin aradan qaldırılması, gənc ailələrin sosial müdafiəsi, mədəniyyət, təhsil, texnologiya və ekologiya sahəsində mövcud problemlər barədə məsələlər müzakirəyə çıxarılıb.

Səfər dekabrın 1-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti