Bakı. Hüseyn Vəliyev - Trend:
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2019-cu ildən başlanılacaq.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.
Daha öncə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi prosesinin 2018-ci ilin yanvar ayından başlanacağı gözlənilirdi.
Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzaların inteqrasiyası nəzrdə tutulub.
Qeyd edək ki, bununla bağlı layihəyə "Microsof" şirkəti cəlb olunub.