...

Dinlər və mədəniyyətlərarası dialoqun davam etdirilməsi məqsədilə yeni koordinasiya şurası yaradılır

Siyasət Materials 21 Dekabr 2017 18:13 (UTC +04:00)
“2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransın nəticəsi olaraq yeni koordinasiya şurasının yaradılması qərara alınıb.
Dinlər və mədəniyyətlərarası dialoqun davam etdirilməsi məqsədilə yeni koordinasiya şurası yaradılır

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçirilən “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransın nəticəsi olaraq yeni koordinasiya şurasının yaradılması qərara alınıb.

Trend-in məlumatına görə, konfrans iştirakçıları müasir dünyada mövcud olan problem və çağırışları nəzərə alaraq, dinlər və mədəniyyətlərarası dialoqun davam etdirilməsini zəruri sayırlar.

Bu prosesin davam etdirilməsi üçün Koordinasiya Şurası yaradılması barədə qərara gələn konfrans iştirakçıları Azərbaycanın mövcud təcrübəsindən çıxış edərək, bu Şuranın fəaliyyətinin Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq vasitəsilə həyata keçirilməsini məqsədəuyğun hesab edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti